Gürcüstanın baş naziri: "Milli Hərəkat" zərərsizləşdirilməlidir

"Hakimiyyətin devrilməsi cəhdi baş tutmadı, 4 il ərzində 'Milli Hərəkat' artıq 5 dəfə hakimiyyəti devirməyə, 'Maydan' təşkil etməyə, ölkədə qarışıqlıq yaratmağa cəhd göstəriblər və buna dünən dövlət tərəfindən layiqli cavab verildi".

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkədə sağlam demokratik siyasi sistemin qurulması üçün “kollektiv Milli Hərəkat” tamamilə zərərsizləşdirilməlidir.

“Bildiyiniz kimi, hakimiyyətin devrilməsi cəhdi baş tutmadı. Son 4 il ərzində biz ölkəmizdə artıq ‘nats-maydan’ın beşinci cəhdini gördük. 4 il ərzində ‘Milli Hərəkat’ 5 dəfə hakimiyyəti devirməyə, ‘Maydan’ təşkil etməyə, ölkədə qarışıqlıq yaratmağa çalışdılar və buna dünən dövlət tərəfindən layiqli cavab verildi.

Mən qeyd etmək istəyirəm ki, bizim bir milyon yüz mindən çox seçiciyə qarşı konkret məsuliyyətimiz var bu xəstəliyi, yəni 'Kollektiv Milli Hərəkatı' ölkəmizdən tamamilə aradan qaldıraq. 'Kollektiv Milli Hərəkat' dedikdə, əlbəttə, müvafiq siyasi partiyalar, ölkəmizi rahat buraxmayan bütün xarici agentlər, eləcə də xarici xüsusi xidmət orqanlarının göstərişi və maliyyəsi ilə fəaliyyət göstərən ekstremist qruplar nəzərdə tutulur. Onların arasında Saakaşvili ailəsinin ələ keçirdiyi Universitet, 'Fari', 'Birləşmə' kimi təşkilatlar da var.

Bunlar ekstremist qruplardır, hansılar ki, son bir il ərzində 50, 100, 150 nəfərlə küçələri bağlamağa çalışırdılar. Təbii ki, bu düzgün deyil. 110 nəfər bir milyon yüz min nəfərlik xalqın yolunu bağlaya bilməz. Məqsəd dövlətə, ölkəyə və iqtisadiyyata zərər vurmaq idi. Onlar buna tam nail ola bilmədilər, amma müəyyən zərər yenə də vururdular.

Bizim bir milyon yüz mindən çox seçiciyə qarşı məsuliyyətimiz var, bu siyasi qüvvəni, yəni 'kollektiv Milli Hərəkatı' və xarici agenturanı tamamilə zərərsizləşdirmək üçün, ölkəmizdə tam sağlam və sağlam düşüncəli demokratik siyasi sistemin formalaşmalıyıq”, – deyə İrakli Kobaxidze qeyd edib.