7 oktyabr hadisələri; Başlanğıcın sonu

İki illik bir tarixin başlanğıc günü 7 oktyabr 2023-cü il! Günü hər şey fələstinlilərin-İsrailə hücumu ilə başladı. Bu müharibənin hansı nəticələrə gəlib çıxacağı az qala hamının təxmin etdiyi kimi olacağı şübhəsiz idi. Kiçik bir məntəqə, blokada altında və ən cüzi silah sursat, amma məqsəd və iradəli Fələstin, eyni halda arxasında Amerika olmaqla ən son texnoloji silahlarla təhciz edilmiş, Yaxın Şərqi nəzarəti altına almağı öz bayrağında həkk edən İsrail.
Müharibə çox qısa bir zamanda dünyanın gözü önündə cəhənnəm yaratdı. Ən əsası Qərbin təsiri altında olan böyük media resurslarının ciddi cəhdi ilə fələstinlilər terrorçu, 80 illik bir zamanda Fələstin torpaqlarını işğal edib əhalisini qətlə yetirən, tez-tez Yaxın Şərqi münaqişəyə çəkən, Livanı, Suriyanı bombalayan bir xalqı münaqişəyə sürükləyən kimi göstərilməklə dünyanın hədəfində cinayətkar İsrail isə “hüquqlarına təcavüz edilən”, “insan haqqları pozulan” və sair və ilaxır iddialarla haqlı bir simaya salınıb dünyanın gözünə kül üfləməklə Qəzzanı dağıtmağa başladı.
Məsələnin belə bir hal alacağını Həmasın və ya qəzzalıların başa düşməməsi məntiqli görünməzdi. Çünki artıq on illiklərdir ki, heç bir etiraza gücü belə yetməyən fələstinlilərin səssizliyi onların öldürülməsi, torpaqlarının İsrail işğalına məruz qaldığı halda indiki etiraz soyqırımını törədəcəyi şübhəsiz idi. Bəs belə olan halda sayı 70 minə yaxınlaşan fələstinlilərin qətliamına səbəb olan bu addımı atmağa nə hacət?
Müharibənin əvvəlindən 1948-ci ildən bu günə qədər Amerikanın qoruması altında olan İsrailin bu döyüşlərdə də dəstək alaraq ikinci bir dövlətin bu müharibəyə müdaxilə edə bilməyəcəyi bəlli ikən görəsən fələstinlilər bu savaşdan nə gözləyərək özlərini fəda etdilər?
Bu sualı ötən il, elə bu gün bu sətirlərlə qiymətləndirmək çoxları üçün inandırıcı gəlməzdi. Lakin zaman iki il sonra bu hadisənin həqiqi qaliblərini o qədər aydın cizgi ilə qələmə alıb ki, qərəzi olmayan hər kəs bunu rahatca etiraf edə bilər.
Sayları yüz, min, bəlkədə daha çox fələstinlilərin İsrail həbsxanalarında girov olaraq saxlanılması, torpaqlarının böyük faizi israillilər tərəfindən işğal olunması, ərazilərini nəzarətə alması, əhalisini öz məntiqi ilə “mühakimə etməsi” zamanla İsrailə Qərbin dəstək səhnəsinin verdiyi imtiyazlardır. Fələstinlilər bu haqsızlığa dəfələrlə BMT-nin belə tribunalarında etiraz səsini ucaltsalar da, lakin ABŞ-ın “yox” deməsi bu səsi elə tribunadan da boğdu. Necə ki, yaxın bir il ərzində İsraillə bağlı dəfələrlə qətnamənin qəbuluna Amerikanın veto qoyması ilə ona maneəsi kimi.
Bunun üçün bu məsələ artıq Amerikanın yalançı “demokratiya müdafiəçisi” pərdəsini yırtmaqla ölkə rəhbərlərinin qanun deyil diktə altında susqunluğunu pozmaq, dünya xalqlarını bu məsələyə səs vermək üçün səfərbər etmək lazım idi ki, buna onminlərlə fələstinlinin qanı, canı və malı ehtiyac nöqtəsində idi.
Onlar bu addımı seçdilər. Bir zamanlar İmam Hüseynin (ə) Bəni Üməyyənin, Yəzidin kimliyini ortaya qoyub tarixin məngənəsində əzmək üçün özünü, ailəsini, yaxınlarını qurban verib iyrənc düşmənin hətta 6 aylıq uşağa belə rəhm etmədən onu oxlayan yırtıcı simasını tanıtmaq üçün fədakarlığını fələstinlilər Qəzzada növbəti dəfə ortaya qoydular.
Nəticə: İstisnasız dünyanın hər yeri bütün medianın cəhdlərinə, dövlət başçılarının susqunluğuna baxmayaraq İsraili dünyanın ən qəddar, qaniçən və insanlıq düşməni olan bir dövlət olaraq tanıdı. İstisnasız, dünyanın hər bir bucağı yəhudi nifrəti ilə milyardları bu aparteid rejimin iyrəc cinayətlərini məhkum edərək onları ayağa qaldırdı. Amerika da daxil adını insan hüquqlarının qoruyucuları sırasına həkk etməyə çalışanların həqiqətdə insanlıq cinayətlərinə şərik olmaları fələstinlələrin pak qanı ilə dünya üçün öz həqiqətini ortaya qoydu.
Bu gün bütün bəşəriyyət İsrailin cinayətkar və qaniçən xislətinə nifrət nümayiş etdirir. Dinindən, irqindən, cinsindən asılı olmayaraq İsrail həqiqətləri bütün dünya üçün aydın və dərk ediləndir. Sonrakı mərhələdə dünya bu “xərçəng xəstəliyi”nə qarşı hansı addımı atacağına növbəti, müharibənin başlama ilinin baxış mövzusudur. Bu gün isə hər kəsə bu savaşın həqiqətini sərgiləyərək qalib və məğlub tərəfi tam aydınlığı ilə tanıtmaqdadır.