Gözlənilən anti-islam layihəsi; Elşad Miri

Ölkədə təkcə şiə inanclılarına qarşı həbs küləyi əsmədi, bu özünü şiə dini ocaqlarından atributlarına qədər hər kiçik simvolda aydın əks olunan böyük firtinanı şiddətləndirdi. Qurban və Ramazan bayramlarının qeydi, bayram namazlarının qılınmasına qoyulan məhdudiyyət isə bunun aydın təzahürü idi. Ölkə əhalisinin böyük əksəriyyətinin şiə inanclısı olması və şiə məscidlərinə bayram namazına gələn şiə inanclılarının sünnü fiqhinə görə bir gün tez sayılan dini retuala məcbur edilməsi bu planın arxasında qərəzli qüvvələrin dayandığını göstərirdi. Hakimiyyət geniş həbslərlə 50-yə yaxın ilahiyyatçının saxlanılması, mini ötdüyü deyilən inanclıların şərlənməsini şiəliklə mübarizə kimi iddihamlarla əsla əlaqəli olmadığını söyləsə də, fakt fakt olaraq qalırdı.

Ölkənin dini inancı reperessiyaya məruz qaldı. Nəticədə neçə neçə dini mətbu orqanları qapadıldı, məscidlərdə olan şiə imamları müxtəlif bəhanələrlə ocaqlardan uzaqlaşdırıldı, ziyarətgahlara üz tutan inanclı qorxunc hədə və məhdudiyyətləri yaşamalı oldu.

Öz növbəsində həbslərlə yanaşı bəzi ruhanilər, inanclılar məcburən ölkəni tərk edərək xarici ölkələrə hicrət etdiyi halda, yerdə qalan din xadimləri acı bir rüzgarın məngənəsinə düşdülər.

Qadağa, təzyiq və həbslər ölkədə şiəlik kənar bütün din və məzhəblərin açıq mövqey nümayiş etdirəcəyi elə bir məkana çevrildi ki, hətta sünnü məzhəbinin dörd qol nümayəndələrindən heç biri onun hansı inanca malik olduğunu anlamadıqları Elşad Miri belə günün söz sahibinə, din yönəldicisi olaraq cəmiyyətin idarəçiliyinə qalxdı. Şübhəsiz bu təsadüfi deyil və Elşad Miri başda olmaqla azdırıcı düşüncə sahibləri üçün elə həbslərin geniş vüsət tapdığı ortam ən gözəl fürsət idi. Hakimiyyətin böyük güc sərf etdiyi və Elşadlara yaradılan belə açıq səhnə Azərbaycan inancına xəyanətlə yanaşı xalqın dini azğınlıq bəlasına düşməsi üçün ən böyük təhlükədir.

 Elşad Mirinin dində olmadığını iddia etdiyi qorxuc fikirlər onu həqiqətən də planlı olaraq milli şüura, mənəvi dəyərlərə virus olaraq yeridilən bir hədəf olduğu artıq gün kimi aydındır. Bu gün gündəmi Elşad Miri düşüncəsi üçün təmizləyənlər isə içində həqiqi İslama nifrət bəsləyən siyasi oyun qurucularıdır. Bu oyunun mənbəyi və mənşəyi isə ayrıca bir mövzusur.

Bununla belə unutmayaq ki, xalqın genefonunda öz həqiqi yerini tutan inancın bundan da iyrənc hucumları yaşadığı zaman olub. Nəticə etibari ilə o qalib olub və olacaqda.