Fələstin müharibəsi bəşəriyyəti İsrail zülmünə qarşı birləşdirdi

Fələstinin bir xalq olaraq öz müqəddəratını həll etmək, onun məhvinə qərar vermiş İsrailin 70 ili ötən qətliamına cavabı təkcə İsrailin nə qədər qaniçən və qəddaq olduğunu göstərmədi, eyni halda dünyanın hakimiyyətlərdən fərqli olaraq azadlıq sevən xalqlarının Fələstinə açıq dəstəyini nümayiş etdirdi. Rejimlərin maraqları İsrail qətliamına, ərazi bütövlüyü tanınaraq Fələstin torpaqlarından İsrailin çıxmasına kor olduğu halda insanlıq hayqıraraq fələstin zülmünün dayandırılması, İsrail vəhşiliyinə son verməsi tələbi ilə küçələrə çıxdı. Bu haqqın təcəllası, on illərlə sürən zülmün etiraz dalğasıdır. İsrail Fələstin torpaqlarında müharibəni dayandırmalı, qəsb etdiyi torpaqları boşaltmalı, illərdir törətdiyi soyqırıma görə cavab verməlidir.
Birmənalı olaraq Fələstin ərazilərində sionist İsrail qətliamını pisləyir, qaniçən rejmin bu torpaqlardan qanlı caynağını çəkməyi tələb edir, bu zülmə etiraz göstərən fələstinlələrə “Yanınızdayıq” şüarını verməklə bir daha İsrail zülmünü məhkum edirik. Fələstin azad, ərazisi tam azad olaraq paytaxtı Qüds olmaqla müstəqil yaşamaq hüququ dünya dövlətləri tərəfindən tanınmalı, İsrail qətliami dayandırılmalıdır.
 
Müsəlman Birliyi Hərəkatı.