Düşmənin təhdid və səs-küyündən qorxmaq lazım deyil. Əgər qorxsanız, uduzacaqsınız.

Ali Rəhbər Ayətullah Xamenei bu gün səhər Təbriz əhalisinin 1354-ci ilin (1975-ci il) 29 Bəhmən günü həyata keçirdiyi tarixi qiyamın 45-ci ildönümü münasibətilə Şərqi Azərbaycan əhalisi ilə görüşüb.
Görüşün əvvəlində Ali Rəhbər Azərbaycan xalqını qeyrət, eşq, iman və İslam şövqünün təzahürü adlandırıb və bildirib ki, bütün təbrizlilərə, bütün Azərbaycan xalqına, o əziz və qeyrətli insanlara salamlarımı göndərirəm və sözün həqiqi mənasında Azərbaycan eşq və qeyrət deməkdir.
Ayətullah Xamenei qeyd edib ki, Azərbaycan qeyrətin, eşqin, iman və İslam şövqünün təcəssümüdür. Biz bunu mübarizə dövründən bu günə qədər Azərbaycan və Təbriz tarixində oxumuş, həm də uzun illər boyu öz gözlərimizlə görmüşük.
Çıxışının davamında Ali Rəhbər Ayətullah Xamenei qarşıdan gələn seçkilərdən danışıb. insanları Seçkilərdə aktiv iştirak etməyə çağırıb.
Daha sonra Ayətullah Xamenei düşmənin təhdid və səs-küyündən qorxmamağı tövsiyə edib. "Düşməndən qafil olmayın, Bilməliyik ki, düşmənin çirkli planları, məkri, hiyləsi və iş vasitələri var. Düşmənin zəif və gücsüz olduğunu düşünməyin. Qələbənin vacib şərti düşməni tanımaq, qabiliyyətlərini bilməkdir. Tanıyaq amma qorxmayaq. Əgor qorxarsanız, uduzacaqsınız. Düşmən və onun təhdidindən qorxmaq olmaz. Düşmənin səs-küyündən və təzyiqindən qorxmaq olmaz."
Ali Rəhbər bildrib ki, düşməni bu qədər əsəbiləşdirən və təzyiq altında saxlayan məsələnin nə olduğuna diqqət yetirmək lazımdır. O da sizin güclü nöqtənizdir. Əgər zəif olsaydıq və güclü nöqtəmiz olmasaydı, düşmən bu qədər əsəbli olmazdı.
Ali Rəhbər bildirib ki, düşmən bəzilərini təhqir edib alçaltmağa başlayan kimi, onlar da özlərini alçaldılmış hiss edir və passivləşirlər. Yox! Düşmənin siyasəti onu sahib olduqlarına qarşı inamsız və etimadsız etməkdir. Düşmən qarşısında passiv də olmamaq lazımdır.
 
Maidə.az