“Din xadiminin” açıqlaması yenə gündəmi qarışdırdı

Zamanla açıqlamalara gündəm olan Türkiyənin tanınmış din mütəxəssisi Səlahəddin Özgündüz bu dəfə də yeni maraqlı açıqlaması ilə diqqət çəkib. Belə ki, artıq aylardır sürən Qəzza müharibəsi ilə bağlı dünyanı bürüyən etirazlar fonunda Türkiyə xalqının Ərdoğan hakimiyyətindən İsraillə iqtisadi əlaqələri kəsmə tələbinə ruhani əks mövqe sərgiləyib. Bu həftə ənənəvi cümə xütbəsi zamanı çıxış edən Özgündüz İsraillə iqtisadi əlaqələri qorumağı əsaslandıraraq, buna İsrailin doslarının da Türkiyə ilə eyni davranışları sərgiləməsi kimi sərsəm səbəb göstərib. Acınacaqlısı isə budur ki, o, buna Quranın “Siz gücünüz yetməyən şeylərə mükəllləf deyilsiniz” ayəsi ilə haqlılıq donu geydirməyə çalışıb.

Sayları on minləri ötən dinc insanların öldürülməsi, günahsız qətliamları öz iqtisadi vəziyyətinin dəyişməsi kimi səbəblərlə əsaslandırmağa çalışan bu şəxs həqiqətən də başa düşə bilmir ki, onun uşaqcasına düşündüyü səbəb əslində Özgündüzün hansı maraqlardan narhat olduğunu şəffaflıqla ortaya qoyur!

Bir İlahiyyatçının fəryadı dünyanı, qeyri müsəlmanları belə ayağa qaldırdığı halda, Türkiyənin iqtisadi durumu üçün narahatlıq nümayiş etdirib bu formada danışması İslam məntiqi ilə daban-dabana ziddiyətli olması gün kimi aydındır.

Səlahəddin Özgündüzün bu fikirləri Türkiyədə də kəskin tənqid hədəfinə tutulub. İnanclılarla bərabər insan haqları tərəfdarları da onun bu çıxışını sərsəmlik adlandırıb.

Özgündüz bir müddət əvvəl Xanım Zəhraya (s.ə.) edilən zülmlərlə bağlı hədislərin rədd edilməsi ilə də gündəmə gəlmişdi. O zamanda Özgündüz daxili tənqidlərlə bərabər İslam dünyasının böyük alimləri tərəfindən qınanmışdı.

Məlumat üçün deyək ki, artıq Türkiyə birtərəfli olaraq İsrailə idxal edilən bir qrup əhəmiyyətli ticari malları dayandırıb. Hakan Fidan Qəzza müharibə davam edincə digər mal idxalatına da baxacaqları barədə xəbərdarlıq edib.

Belə bir anda bu şəxsin məlum məzmunla çıxış etməsi onun hansı dairələrə xidmət etməsini çılpaqlığı ilə nümayiş etdirir...

 

 - Təhlil_Tənqid_tv