13 October 2026

Hacı Tale Bağırzadə: “Müqavimətinizi sona qədər davam etdirin”

Hacı Tale Bağırzadə: “Müqavimətinizi sona qədər davam etdirin”

Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadə təhsil müəssisələrində hicabla bağlı qadağaya etiraz edən məktəblilərə müraciət ünvanlayıb. İlahiyyatçı müraciətində yazıb:

“Mehriban və Bağışlayan Allahın adı ilə.

İsrail hərbi aviasiyası Livan ərazilərinə zərbə endirib

İsrail hərbi-hava qüvvələri Livandakı hədəflərə yönəlmiş hücumlarını davam etdirir. Hərbi təyyarələr ölkənin cənubunda yerləşən Vadi əl-Huceyr ərazisinə növbəti hava zərbəsi endirib. Hadisə nəticəsində tələfat, ölən və ya yaralananlar, eləcə də dəyən ziyan haqqında hələlik rəsmi məlumat verilmir.

Bölgədə gərginliyin artması fonunda hərbi əməliyyatların və qarşılıqlı zərbələrin davam etdiyi bildirilir.

Rusiyada Mərkəzi Asiya qazını Avropaya nəql edən kəmərdə partlayış baş verib

Rusiyanın Penza vilayətində “Mərkəzi Asiya – Mərkəz” magistral qaz kəmərində partlayış baş verib.

Bu barədə “Kommersant” nəşri “Qazprom Transqaz Saratov” şirkətinə istinadən məlumat yayıb.

Partlayış Volçkovo kəndi yaxınlığında qeydə alınıb. Hadisədən sonra güclü məşəlvari yanma başlayıb və alov sütununun hündürlüyü təxminən 70 metrə çatıb.

Şəmşad Ağa səhhətində yaranan problemlərlə əlaqədar müalicə müəssisəsinə köçürülüb

“MeydanTV” işi üzrə həbsdə olan, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev) səhhətində yaranan problemlərlə əlaqədar müalicə müəssisəsinə köçürülüb.

Bu barədə jurnalistin yaxınları “Meydan TV”yə məlumat veriblər.

Bildirilir ki, Şəmşad Ağa 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (“tubzon”) aparılıb.

"Traktor" ilk xalını qazandı

"Traktor" Asiya Çempionlar Liqasının əsas mərhələsində 2-ci tur oyununa çıxıb.

Təbriz təmsilçisi öz meydanında Qətərin “Şamal” klubunu qəbul edib.

Matç 0:0 hesabı ilə yekunlaşıb.

Bununla da, “Traktor” cari mövsüm ÇL-in əsas mərhələsində ilk xalını qazanıb.

Xatırladaq ki, komanda ilk turda səfərdə “Şabab Əl-Əhli Dubai”yə 0:1 hesabı ilə uduzub.  

Ərdoğanın baş müşaviri: “Təhsil hüququ ideoloji müdaxilələrə qurban verilməməlidir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral Azərbaycanda məktəblərdə hicablı şagirdlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib.

O, bu barədə “X” hesabında paylaşım edib. Saral hicab taxdıqlarına görə şagirdlərin təhsil hüququndan məhrum edilməsini “qəbuledilməz” adlandırıb.

“Ənsarullah”: Bab əl-Məndəb boğazı tam nəzarətimizdədir!

Yəmən Bab əl-Məndəb boğazına tam nəzarət edir.

“Al-Mayadeen” xəbər verir ki, bu barədə Yəmənin “Ənsarullah” hərəkatının siyasi bürosunun üzvü Hizam əl-Əsəd bildirib.

“Səna Səudiyyə rejiminə və Səudiyyə Ərəbistanı ilə əlaqəli qüvvələrin Bab əl-Məndəb boğazına nəzarət etdiyinə dair şayiələr yayan hər kəsə güclü zərbə vurub. Yəmən Silahlı Qüvvələri ölkənin qərb sahillərinə nəzarəti ələ keçirməzdən əvvəl də Bab əl-Məndəb boğazına və Qırmızı dənizə nəzarət edirdi.

İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb

İsrailin “Ben Qurion” hava limanında bir təyyarədə bomba olması ilə bağlı xəbər yayılıb.

“Ynet”in xəbərinə görə, Nyu-Yorkdan Təl-Əvivə uçan təyyarə hava limanına endikdən sonra göyərtədə bomba olması ilə bağlı anonim mesaj alınıb və sərnişinlər təxliyə edilib.

Təyyarə yoxlanılma üçün uzaq yerə aparılıb.