11 October 2026
İsrail Türkiyəni təhdid edərək Ankarada olan HƏMAS liderini ölümlə hədələdi
İsrailin müdafiə naziri İsrail Kats hazırda Türkiyədə olan HƏMAS-ın siyasi qanadının rəhbəri Xəlil əl-Həyyanı öldürməklə hədələyib.
Kats həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı HƏMAS-a dəstək verməkdə ittiham edərək Ankaranın bu hərəkatın öz ərazisində sərbəst fəaliyyət göstərməsinə şərait yaratdığını iddia edib.
Əfqanıstan-Pakistan sərhədində hərbçilər arasında silahlı toqquşma
Əfqanıstan və Pakistan arasında hərbi toqquşma baş verib.
Bu barədə Əfqanıstan Ordusundakı mənbə məlumat yayıb.
Qeyd edilib ki, hərbçilər arasındakı silahlı insident mübahisəli sərhəd bölgəsi olan Dand-Patanda qeydə alınıb.
Bildirilib ki, ilk atəş Pakistan əsgərləri tərəfindən atılıb və bundan sonra cavab addımları atılıb. Əfqanıstan tərəfi itki vermədiyini açıqlayıb. Toqquşma artıq başa çatıb.
Bəhreyn hökuməti 60 şiə din xadimini həbs edib
Bəhreynin "Əl-Vifaq" Milli İslam Cəmiyyəti dərc etdiyi hesabatda ölkədə 60 şiə din xadiminin həbsi və bu işlərlə bağlı hüquq pozuntuları barədə ətraflı məlumat verib.
"Əl-Vifaq" Milli İslam Cəmiyyəti, təşkilatın Baş katibinin müavini Şeyx Hüseyn əl-Daihi tərəfindən yayımlanan "Məhdudiyyətlərdən kənarda" adlı hesabat vasitəsilə Bəhreyndə saxlanılan din xadimləri məsələsini ictimaiyyətin diqqətinə çatdırıb.
"Barselona"dan növbəti qələbə
İspaniya La Liqasının 8-ci turunda "Barselona" doğma meydanda "Xetafe" ilə qarşılaşıb.
Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Pakistanda İmran Xanın partiyasının idarə etdiyi əyalətdə fövqəladə vəziyyət elan olunub
Pakistan Prezidenti Asif Əli Zərdari ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində fövqəladə vəziyyət elan edib.
“Reuters“xəbər verir ki, qərar nəticəsində həbsdə olan keçmiş Baş nazir İmran Xanın partiyasının rəhbərlik etdiyi əyalət hökumətinin səlahiyyətləri dayandırılıb.
Qərar Baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi federal hökumətin tövsiyəsi əsasında qəbul olunub.
Mehman Qarayev azadlığa buraxılıb
MBH ailəsinin üzvü Mehman Qarayev azadlığa buraxılıb. Oktyabrın 10-da o, həbs müddətini bitirərək 17 saylı cəzaçəkmə müəsisəsini tərk edib.
Qarayev Mehman Əlzami oğlu 2023-cü il aprelin 11-də saxlanılmışdı. İnanclıların kütləvi həbslərinin gerçəkləşdiyi ortamda M, Qarayev də narkotiklərlə bağlı ittiham edilmişdi. Bakı Ağır Cinayətlər məhkəməsi 2024-cü ilin 3 mayında onu bu saxta ittihamla müqəssir bilərək 4 il müddətinə azadlıqdan məhrum etmişdi.
İlham Əliyev və Məsud Pezeşkian arasında görüş keçirilib
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan prezidenti İlham Əliyev ilə İran prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
Söhbət zamanı liderlərin əvvəlki görüşləri və telefon danışıqları məmnunluqla xatırlanıb, həmçinin Azərbaycan nümayəndə heyətinin yaxın vaxtlarda İrana etdiyi səfər və aparılan müzakirələr yüksək qiymətləndirilib.
Cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəldi
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə Azərbaycan yığması qarışıq komanda yarışında Avstriya millisi ilə qarşılaşıb.
Rəqibi ilə 1/16 finalnda üz-üzə gələn yığmamız 4:0 hesablı qələbəyə sevinərək növbəti mərhələyə adlayıb.
Komandanın 1/8 finaldakı rəqibi Yaponiya seçməsi olacaq.
Hicab qadağası | Ay direktor, Ay hicaba qadağa qoyan.. | Sənə bu icazəni kim verib? Fariz Hüseynov - VİDEO
İtaliyanın 50 şəhərində Fələstinə dəstək nümayişləri keçirilib
Avropanın mərkəzindəki küçələr bir daha Fələstin şüarları ilə sarsılıb. Yağışlı havaya baxmayaraq, minlərlə nümayişçi hökumətlərin susqunluğuna etiraz etmək üçün meydanlara axışıb; eyni zamanda, paytaxt Romadan tutmuş Milan, Neapol və Turinə qədər bir çox şəhərdə gündəlik həyat iflic olub. Avropanın mövqeyinə qarşı yaranan çaşqınlıq və artan qəzəb fonunda fəallar artıq 30 oktyabrda ümumi tətil keçirilməsi çağırışı ediblər.
Qəzzada ölənlərin sayı 74 370-ə çatıb
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin 2023-cü ilin oktyabrından bəri davam edən hücumları nəticəsində həyatını itirənlərin sayının 74 370-ə, yaralıların sayının isə 175 371-ə çatdığını açıqlayıb.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrail ordusunun Qəzza zolağına hücumları ilə bağlı son məlumatları yayıb.
Səudiyyə Ərəbistanında hava limanına raket hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb
Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb.
Məlumata görə, husilərin atdığı raket hava limanının 3 saylı terminalının yaxınlığına düşüb.
Daha bir mərmi isə ölkənin şərqində yerləşən Dammam şəhərindəki hava limanının yaxınlığına düşüb.
Jurnalist Aynur Elgünəşin böyrəyi sıradan çıxmaq üzrədir
"Meydan TV"nin həbsdə olan baş redaktorunun səhhətində ciddi problemin olduğu deyilir. Bu barədə onun yaxınları məlumat verib.













