10 October 2026

Ramil Babayev məhkəmə proseslərində iştirakdan imtina etdiyini bildirib

“Toplum TV işi” üzrə 13 il azadlıqdan məhrum edilən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev məhkəmə proseslərində iştirakdan imtina etdiyini bildirib.

O, bunun əsas səbəbinin Azərbaycanda müstəqil məhkəmənin olmaması olduğunu deyib: “Azərbaycanda məhkəmə mövcud olmadığı üçün”.

Babayev bildirib ki, onun barəsində hökm çıxaran hakim Azər Tağıyev istintaq materiallarındakı ziddiyyətləri nəzərə almayıb.

Hicab imanın təzahürü, təhsil isə hər kəsin haqqıdır!

Nazirlər Kabinetinin təhsil müəssisələrində geyim qaydalarına dair qəbul etdiyi qərarda “ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementləri”nin istifadəsinə yol verilmədiyi bildirilir. Bəs hicab dünyəvilik prinsipinə zidd element hesab edilə bilərmi? Dini baxımdan hicabın mahiyyəti nədir və bu qərar hicablı xanımların təhsil və əmək hüquqlarının məhdudlaşdırılmasına əsas verirmi?

Vahid geyim forması (dress-kod): nizam-intizam və dini etiqad azadlığı

Hər hansı bir qurumda vahid geyim formasının müəyyən edilməsi nizam-intizamın və institusional qaydaların tərkib hissəsidir. Uniforma geyinən əməkdaş psixoloji baxımdan təmsil etdiyi qurumun və daşıdığı vəzifənin məsuliyyətini daha dərindən hiss edir. Bu da onun xidməti öhdəliklərini daha məsuliyyətlə yerinə yetirməsinə müsbət təsir göstərə bilər. Buna tibb işçilərinin ağ xalatlarını, polis əməkdaşlarının və digər dövlət qurumlarının əməkdaşlarının xüsusi geyimlərini nümunə göstərmək olar.

Colani Suriyası: Təhdid, məcburi köç və əmlak müsadirəsi

Suriya paytaxtı Dəməşqin “Əz-Zuhriyyat” ərazisində Müdafiə Nazirliyinin əmrləri əsasında 50-dən çox ələvi ailəsi evlərindən çıxarılıb. Ziyalı və jurnalistlərin sosial şəbəkələrdə yaydığı bəyanata görə, ailələr mənzillərdən yalnız əyinlərindəki paltarlarla qovulub, evdəki əmlak və nağd vəsaitlər mənimsənilib, mənzillər isə Təhlükəsizlik Xidmətinin əməkdaşları arasında paylanılıb.

Bu barədə məlumatı “Əl Məyadeen” televiziyası yayımlayıb.

İran Hörmüzdə neft tankerini vurdu: Təhdidlər bütün regiona yayılır

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bəyan edib ki, Hörmüz boğazı ərazisində müəyyən edilmiş marşrutları "pozan" gəmilər izləniləcək və bütün regionda "cəzalandırılacaq". Eyni zamanda, dənizçilik qurumları Fars körfəzində daha iki ticarət gəmisinə hücum edildiyini bildirib.

İran, Rusiya və Azərbaycan prezidentləri üçtərəfli görüş keçiriblər

İran İslami Respublikasının Prezidenti Məsud Pezeşkiyan, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclası və Xəzər Ekoloji Sammiti çərçivəsində üçtərəfli görüş keçiriblər.

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağına tətbiq edilən sanksiyalar 2027-ci il aprelin 7-dək aradan qaldırılıb

ABŞ Maliyyə Nazirliyi Rusiya dizel yanacağının dünya bazarına tədarükünə tətbiq olunan sanksiyaları müvəqqəti olaraq aradan qaldırır.

Nazirliyin “X” sosial şəbəkəsində yaydığı açıqlamaya görə, müvafiq qərar 2027-ci il aprelin 7-dək qüvvədə olacaq.

Ölkə üçün təhlükə haradan gəlir, başörtüsündən, yoxsa bu hakimiyyətdən?

Nə etmək istəyirlər, məqsədləri nədir, çıxıb bunu xalqa izah edən yoxdur. Hicab qadağası ilə şagird və müəllimləri təhsildən kənarda qoymağın məntiqi nədir, bu qərar hansı zərurətdən meydana çıxıb, bilən yoxdur.

Ancaq görünən odur ki, hicabla bağlı qərar İlham Əliyevin YAP qurultayındakı çıxışında dediyi "ölkənin ideoloji məkanını kənar təsirlərdən qorumalıyıq" sözlərinin nəticəsidir. Belə çıxır ki, əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycan dövləti hicabı özü üçün təhlükə sayır.

Azərbaycan hökuməti Əli Əliyevə təzminat ödəməyə razılıq verib

Fəaliyyətini dayandırmış Vətəndaş və İnkişaf Partiyasının (VİP) keçmiş sədri Əli Əliyev Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərdiyi şikayətlə bağlı Azərbaycan hökuməti ilə razılığa gəlib.

"Azadlıq Radiosu"nun xəbərinə görə, AİHM ötən ay tərəflərin razılığı əsasında şikayəti baxılan işlər siyahısından çıxarsa da, bu barədə qərar oktyabrın 8-də yayılıb.

İnanclı xanımların məhkəməsində Şəhla Fərəcovanın azyaşlı uşaqları dindirilib

Oktyabrın 8-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsində inanclı altı xanımın işi üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda şahidlər və zərərçəkmiş qismində çıxış edən şəxs dindirilib.

İlk olaraq hadisə zamanı orada olan Şəhla Fərəcovanın azyaşlı uşaqları şahid qismində dindirilib. Onlar sualları cavablandırarkən hadisənin başvermə şəraiti barədə danışıb, xanımların polis əməkdaşlarına qarşı müqavimət göstərdiyi iddiasını birmənalı şəkildə rədd ediblər.