09 October 2026

İsrailin şirkəti Azərbaycanda silah zavodu açdığını bildirib

İsrailin “Ari Arms” şirkəti Azərbaycanda silah zavodu açdığını bildirib.

Şirkət bu barədə oktyabrın 8-də “Linkedin” hesabında xəbər verib. Açıqlamada deyilir ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə şərikli idarə olunacaq zavodda “AR-15” silahları istehsal olunacaq və zavod ölkədə Qərb standartlarına uyğun silah istehsalının əsasını qoyacaq.

Husilərin Ər-Riyad hava limanına raket hücumu: Pilot da daxil olmaqla üç nəfər həlak olub

Ər-Riyad hava limanına edilən iki raket hücumu uçuşların pozulmasına və diplomatların sığınacaqlara çəkilməsinə səbəb olub. Yəmən hökuməti Qırmızı dənizdə irəliləyiş əldə etdiyini iddia etdiyi halda, husilər mövqelərini qoruyub saxladıqlarını bəyan ediblər.

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu

Futbol üzrə Azərbaycan Kubokunun I təsnifat mərhələsinə yekun vurulub.

Son oyun günündə “Ağdaş” öz meydanında “Haypers”i qəbul edib. Ağdaş şəhər stadionunda keçirilən görüş qonaq komandanın 6:1 hesablı qələbəsi ilə bitib.

Daha əvvəl keçirilən oyunlarda “Qaradağ Lökbatan” “Şəki”ni 12:0, “Ağstafa Gəncləri” “Şəmkir”i 5:1, “Marafon” “Dinamo”nu 3:0, “Kür-Araz” “Şirvan”ı 3:1, “Zəngəzur” “Difai”ni 3:1 hesabı ilə üstələyib.

“Politico”: Aİ ölkələri qışda rekord həcmdə qaz çatışmazlığı ilə üzləşə bilər

Avropa İttifaqı (Aİ) ölkələri qarşıdan gələn qışda 14 milyard kubmetrə qədər təbii qaz çatışmazlığı ilə üzləşə bilər. Bu, birliyin illik qaz tələbatının təxminən 7 faizinə bərabərdir.

Bu barədə “Politico” nəşri Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun (IEEFA) hesabatına istinadən məlumat yayıb.

Milli Məclis Avropa Parlamentinin Azərbaycan hökumətinə qarşı qəbul etdiyi qətnaməyə cavab verib

Milli Məclis Avropa Parlamentinin Azərbaycan hökumətinə qarşı qəbul etdiyi qətnaməyə cavab verib.

Avropa Parlamenti oktyabrın 8-də qəbul etdiyi qətnamədə Azərbaycan hökumətini ölkədə həbsdə olan müxalif siyasətçilər, jurnalistlər və vətəndaş cəmiyyəti üzvlərini azad etməyə çağırıb.

Milli Məclis isə qətnaməni "qərəzli siyasi aksiya" kimi qiymətləndirib və "yalan və saxta məlumatlar üzərində qurulduğunu" bildirib.

Jurnalist Polad Aslanov hicab qadağasına etiraz olaraq aclığa başlayıb

Həbsdə olan jurnalist, “Xeberman” saytının rəhbəri Polad Aslanov oktyabrın 8-dən aclıq aksiyasına başladığını bəyan edib.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova “Facebook” hesabında məlumat yayıb.

15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Aslanov bildirib ki, aclığa hicablı şagirdlərin məktəblərə buraxılmamasına və müəllimlərin geyiminə tətbiq edilən məhdudiyyətlərə etiraz olaraq başlayıb.

Avropa Parlamentində Gürcüstanla bağlı sərt mesajlar verilib

Avropa Parlamentində Gürcüstanda siyasi vəziyyət, müxalifət partiyalarının fəaliyyətinin məhdudlaşdırılması və ölkənin Avropaya inteqrasiya perspektivləri ilə bağlı müzakirələr keçirilib.

Müzakirələr zamanı Avropa İttifaqının nümayəndələri və bir sıra avropalı deputatlar Gürcüstan hakimiyyətinin son addımlarını sərt tənqid edib, “Gürcü Arzusu”nu demokratik geriləməyə son qoymağa və siyasi qüvvələrlə dialoqa çağırıblar.

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal qazandı

Parisdə keçirilən parataekvondo üzrə Qran-Pri yarışında ölkəmizi təmsil edən idmançılardan Sabir Zeynalov gümüş medalın sahibi olub.

Azərbaycan Milli Paralimpiya Komitəsindən "Unikal"a verilən məlumata görə, K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan parataekvondoçumuz turnirin final görüşündə İsrail təmsilçisi Asaf Yasuru ilə qarşılaşıb. Həlledici döyüşdə rəqibinə məğlub olan Sabir Zeynalov yarışın gümüş medalına yiyələnib.

Hicabla bağlı gərginlik davam edir, bəzi şahirdlər hicablılara dəstək göstərib məktəbi tərk ediblər

Azərbaycan məktəblərində hər ötən gün gərginləşən hicaba qarşı süni maniə bu gün bəzi məktəblərdə şagirdlərin hicablı qız uşaqlarına dəstək göstərərək təhsil ocaqlarını tərk etməsi ilə nəticələnib. Sosial mediada paylaşılan orta məktəblərdə sinifdən qovulan şagird qızlara öz sinif yoldaşları dəstək göstərərək onlar da sinif otaqlarını tərk ediblər. Hicablıların dərslərə buraxılmayacağı təqdirdə onlar da qədrslərə qatılmayacaqlarını bildiriblər.

İran: Hörmüz boğazında hər cür yanlış hesablamaya qarşılıq verəcəyik

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Əhməd Vahidi Hörmüz boğazı və Fars körfəzindəki son hadisələrlə bağlı İranın strategiyasının dəyişmədiyini bildirib.

Vahidi İranın dəniz qüvvələrinin xarici qüvvələrin icazəsiz gəmi keçidləri ilə bağlı atacağı hər hansı addıma qətiyyətlə cavab verməyə hazır olduğunu açıqlayıb.

Vahidi cümə axşamı verdiyi açıqlamada deyib: “İranın sahədəki strategiyası aydın və dəyişməzdir.”

Avropa Məhkəməsi Rauf Mirqədirovun ədalətli məhkəmə hüququnun pozulduğunu müəyyən edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Rauf Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs olunması və mühakimə edilməsi ilə bağlı işdə onun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu müəyyən edib. Məhkəmə Azərbaycan hökumətinin jurnalistə 3 min 600 avro təzminat ödəməsinə qərar verib.

Biz Kəbəni qoruyuruq, yoxsa Kralı? Mehmed Göktaş yazır...

Mehmed Göktaş "Doğru Haber" qəzetindəki məqaləsində Səudiyyə Ərəbistanı rejiminin istifadə etdiyi manipulyasiya taktikalarına toxunub.

“Bağışlayın, amma mən hələ də bu "Məkkə Bəyannaməsi"ni anlamıram; şübhələrimi aradan qaldıra bilməmişəm. İnşallah, yanılıram və nəticə xeyirli olar.

Məkkəni, Kəbəni və Mədinəni qorumaq hamımızın borcudur – buna kim etiraz edə bilər ki? Əslində, belə bir vəzifə üçün heç bir rəsmi sazişə də ehtiyac yoxdur.

Avropa Parlamenti Əli Kərimli, Anar Məmmədli və Anar Abdullanın həbsini qınayan qətnamə qəbul edib

Avropa Parlamenti oktyabrın 8-də Azərbaycan hakimiyyətini ölkədə həbsdə olan müxalif siyasətçilər, jurnalistlər və vətəndaş cəmiyyəti üzvlərini azad etməyə çağıran növbəti qətnamə qəbul edib.

Qətnamədə ilk olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın həbsi qınanılır.