08 October 2026

Qəzzada soyqırımın üçüncü ili: 21 000 uşağın həyatı yarımçıq qaldı

İsrailin Qəzzaya hücumlarına başlamasından üç il keçib. 21 500-ü uşaq olmaqla 74 000-dən çox fələstinli həyatını itirib, 175 000-dən çox insan isə yaralanıb. Minlərlə ailə tamamilə məhv edilib, Qəzzanın böyük hissəsi isə xarabalığa çevrilib.

İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına hücumlara başlamasından üç il ötür.

Dünya çempionatı: Elcan Hacıyev mübarizəni 1/8 finalda dayandırıb

Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında mübarizəni 1/8 finalda dayandırıb.

Milli üzvü bu mərhələdə Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambuya məğlub olub.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar

Rusiya Kiyevə zərbə endirib: 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Kiyevdə Rusiya qüvvələrinin hücumu nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bunu Kiyev meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, yaralananlardan 8-i xəstəxanalarda müalicə olunur. Onlardan ikisinin vəziyyəti ağırdır.

Kliçko onu da bildirib ki, paytaxtın Şevçenkovski rayonunda yenidən zərbə qeydə alınıb.

Müstəqil Hüquqşünaslar Şəbəkəsi: “Azərbaycanda insan hüquqlarının vəziyyəti pisləşməkdə davam edir”

Müstəqil Hüquqşünaslar Şəbəkəsi (MHŞ) Azərbaycanda yeni qanunvericilik dəyişikliklərinin insan hüquqlarına müdaxilə imkanlarını genişləndirdiyini, bu müdaxilələrə qarşı hüquqi müdafiənin isə səmərəsiz qaldığını bildirir. Qurumun qiymətləndirməsinə görə, ölkədə insan hüquq və azadlıqlarının vəziyyəti pisləşməkdə davam edir.

Bir sıra məktəblərə hicablı müəllimlərin dərsə buraxılmayacağı ilə bağlı tapşırıq verildiyi bildirilir

Azərbaycanda bir sıra məktəblərə hicablı müəllimlərin dərsə buraxılmayacağı ilə bağlı tapşırıq verildiyi bildirilir.

Bu barədə "Toplum TV"-yə məlumat verən, adının açıqlanmasını istəməyən müəllimlərin dediyinə görə, Sumqayıtda yerləşən bir neçə məktəbə bununla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən tapşırıq verilib. Tapşırığa əsasən, hicablı müəllimlərin ya hicablarını açmaları, ya da ərizə yazaraq işdən çıxmalarının tələb olunduğu iddia olunur.

Əraqçi ABŞ-ın İranla müharibədə 81 hərbi hava vasitəsinin sıradan çıxarıldığını bildirib

May ayında ABŞ Konqresinin Tədqiqat Xidməti İran ordusunun ABŞ-ın 42 hərbi hava vasitəsini sıradan çıxardığını etiraf edib. İndi bu rəqəm 81-ə çatıb.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb.

ABŞ Konqresinin Tədqiqat Xidmətinin son müharibədə zədələnən ABŞ-a məxsus hava vasitələri ilə bağlı açıqladığı rəqəmlərə münasibət bildirən Əraqçi "real itkilərin daha yüksək olduğunu" iddia edib.

İranın dron və raket zərbələri: ABŞ-ın Yaxın Şərqdəki hərbi mövqeləri sarsılır

Yeni dərc olunmuş təsvirlərə və “CBS News” telekanalının əldə etdiyi ABŞ hərbçilərinin ifadələrinə əsasən, ABŞ və İsrail arasındakı müharibənin ilkin mərhələlərində İranın hücumları Amerikalı qüvvələri Kuveytdəki mühüm hərbi bazanı faktiki olaraq tərk etməyə məcbur edib.

Qadınların hüququnu müdafiə etdiyini iddia edən feministlər hicablı qızların pozulan hüquqlarına səssiz qaldılar

Təhsil ocaqlarında hicabla bağlı qadağalar mövzusu hər ötən gün genişlənməkdə davam edir. Sosial mediada yayılan paylaşımlarda bir neçə məktəbdən uşaqların qovulması ilə bağlı video görüntülər təqdim olunur. Bu görüntülərdə deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğu isə ayrıca müzakirə mövzusudur. Xarici mediada da işıqlandırılan Azərbaycanda hicaba qadağa məsələsi mövcud konstitusion hüquqlara zidd olaraq dini etiqad azadlığının, eləcə də təhsil almaq hüququnun pozulması kimi təhlil edilir.

APA Türkiyədən İsrailə "456 gəmi səfəri" barədə hesabat dərc etsə də, sonradan onu sildi

APA Türkiyənin "İsraillə sıfır ticarət" iddiasını şübhə altına alan və Türkiyə limanlarından İsrailə 456 gəmi səfərinin həyata keçirildiyini iddia edən ətraflı araşdırma yazısı dərc etdi. Hesabat bir neçə saat sonra agentliyin veb-saytından silindi.

Oktyabrın 6-da APA "Türkiyədən İsrailə 456 gəmi səfəri: 'Sıfır ticarət'in görünməyən tərəfi" başlıqlı diqqətçəkən bir araşdırma yazısı yayımladı.

Azərbaycanlı məşhur futbolçu Kərbəlada çəkdirdiyi fotoları paylaşdı

Azərbaycanlı peşəkar futbolçu Elvin Cəfərquliyev İraqa səfər edərək orada yerləşən müqəddəs məkanları ziyarət edir.

Məşhur idmançı Kərbəla şəhərində Beynül-Hərəmeyn ziyarətgah kompleksini – İmam Hüseyn (ə) və Həzrəti Əbəlfəzl Abbas (ə) hərəmlərini, Nəcəf şəhərində İmam Əli (ə) ziyarətgahında olub.

O, burada çəkdiyi xatirələri fotoları öz sosial şəbəkə hesablarında paylaşıb.

Axios: Suriya husilərə qarşı Yəmənə 20 minədək hərbçi göndərməyi nəzərdən keçirir

Səudiyyə Ərəbistanı və Suriya Yəməndə husilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün 10 mindən 20 minədək suriyalı hərbçinin göndərilməsi imkanını müzakirə edirlər.

“Axios” portalının mənbələrə istinadən yaydığı məlumata görə, Suriya Prezidenti Əhməd əş-Şaraa Yəmənə qoşun göndərilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirir, lakin yekun qərar hələ qəbul olunmayıb.

Avropa Məhkəməsi Elmar Vəliyevdən yazan jurnalistə qarşı hüquq pozuntularını tanıyıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "criminal.az" saytının baş redaktoru Anar Məmmədovun şikayəti üzrə işə baxıb.

Vəkil Fariz Namazlının məlumatına görə, məhkəmə oktyabrın 6-da verdiyi qərarda jurnalistə qarşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən hüquq pozuntularını tanıyıb.