07 October 2026

Mirtofiq Hüseynova cinayət işi açılıb

İki gün öncə yaşadığı evin yaxınlığında bir neçə mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılan Mirtofiq Hüseynov barədə ailəsi məlumat əldə edə bilib.

Məlumata görə, Mirtofiq Hüseynov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və oktyabrın 6-da Nərimanov Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

İdmançımız dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Abulaxan Zhubanazar ilə qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn Rəcəbli bürünc mükafata sahib çıxıb.

Bu gün, həmçinin eyni çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev finalda qüvvəsini sınayacaq.

7 Oktyabr hadisəsinin 3-cü ili: İsrail kəşfiyyatının iflası, yoxsa Netanyahunun siyasi oyunu?

Bu gün 7 Oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə qəfil və miqyaslı hücumunun 3-cü ildönümü tamam olur. İsraildə minlərlə insanın həyatını itirdiyi bu faciə yad edilsə də, hadisənin pərdəarxası ilə bağlı şübhələr və cavabsız suallar səngimək bilmir. Bir çox ekspertlər və mətbuat orqanları baş verənləri İsrail Baş naziri Binyamin Netanyahunun “məlumatlı passivliyi” və ya tarixdəki daxili siyasi qazanclar üçün imkan yaradılan “saxta hücum” (False Flag) ssenariləri ilə müqayisə edirlər.

Rusiya ordusu Ukraynaya raket zərbələri endirib, 16 nəfər ölüb

Ukraynanın Priluki şəhərində Rusiya ordusunun raket zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Bu barədə Çerniqov vilayəti üzrə Ukrayna Milli Polisi məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 4-ü uşaqdır.

Daha 55 nəfər yaralanıb, onlardan 7-si uşaqdır.

Məlumata görə, Rusiya raketi yaşayış binasına düşüb. Hazırda dağıntılar altında insanların axtarışı davam etdirilir.

Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”

“Müdafiə Xətti” insan haqları təşkilatı sentyabr ayı üzrə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat yayıb.

Hesabatda bildirilir ki, sentyabrın 7-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 13 il, həmin iş üzrə təqsirləndirilən ictimai fəal Anar Abdullayev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Türkiyənin pilotsuz uçuş aparatlarının (dron) aşkarlanması şirkətinin Azərbaycandakı filialı ləğv olunub

Türkiyənin "Boğaziçi Savunma Teknolojileri Ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.

Filialın bağlanması ilə bağlı oktyabrın 4-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi "Vergilər" qəzetində elan dərc olunub. Elanda qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34 ünvanına bildirə bilərlər.

Orta məktəblərdə hicab qadağası hicablı məktəblilərin üzündə qapılarını bağlayıb

Hicabla məktəblilərin təhsil ocaqlarına gəlişi ətrafında gərginlik davam edir. Bu səhər 10-dan artıq məktəb hicablı qız uşaqlarına təhsil ocağına gəlməyi qadağan edib. Məktəb drektorları təhsil almaq istəyən şagirdin yalnız və yalnız başını açmaqla məktəbə daxil ola biləcəyini söyləyərək qərarın Təhsil İdarəsi tərəfindən verildiyini bildirib.

ABŞ Dövlət Katibi Rubionun səfəri ərəfəsində Yunanıstanda ABŞ və İsrail əleyhinə etiraz aksiyası keçirilib

ABŞ Dövlət Katibi Marko Rubionun Yunanıstana rəsmi səfəri zamanı paytaxt Afinada təxminən 3000 nəfər toplaşaraq, Yunanıstanın ABŞ və İsrailin hərbi planlarına cəlb edilməsinə qarşı etirazını bildirib.

ABŞ Dövlət Katibi Marko Rubio iki günlük rəsmi səfərlə Yunanıstanın paytaxtı Afinaya gəlib. Rubionun səfəri ərəfəsində şəhərdə toplaşan təxminən 3000 nəfər ABŞ və NATO-nun siyasətinə etiraz edib, həmçinin Yunanıstanın ABŞ və İsrailin hərbi planlarında iştirakına son qoyulmasını tələb edib.

Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.

Azərbaycanla əlaqəsi olduğu deyilən Avqust Henninq casusluq ittihamı ilə həbs olunub

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Avqust Henninq oktyabrın 6-da casusluq ittihamı ilə həbs olunub.

Almaniyanın Baş Prokurorluğu Henninqi 2 mindən çox məxfi sənədi əldə etməkdə və onların əsasında adı çəkilməyən xarici ölkənin kəşfiyyat xidməti üçün analiz hazırlamaqda ittiham edir. Onun xarici ölkə kəşfiyyatına məxfi sənədləri ötürüb-ötürmədiyi araşdırılır.

Mirtofiq Hüseynov qardaşı Azərbaycan xalqına müraciət edib

Keçmiş siyasi məhbus Mirtofiq Hüseynovun ailəsi sosial media üzərindən Azərbaycan xalqına müraciət ünvanlayıb. Ailə oktyabrın 5-də yaşadığı evin yaxınlığından mülki geyimli şəxslər tərəfindən oğurlanaraq naməlum istiqamətə aparılan Mirtofiq Hüseynovdan xəbər ala bilmədiklərini qeyd edir. Onlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti, ərazidə olan polis idarələri ilə əlaqə saxlasalar da, inanclı barəsində məlumat əldə edə bilmirlər. 

 

“Azərbaycan xalqının və aidiyyəti qurumların diqqətinə!

Husilər Ər-Riyad hava limanını dronla vurublar

Husilər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum ediblər.

Bu barədə "Reuters" agentliyi məlumat dərc edib.

Nəşrdə deyilir ki, "Yəmən husiləri Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına dron hücumu həyata keçirdiklərini iddia ediblər".

Məlumatın hələ ki, Səudiyyə Ərəbistanı tərəfi tərəfindən təsdiqlənmədiyi qeyd olunur.

Daha 13 nəfər Suriyadan Azərbaycana qaytarılıb

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 6 oktyabr tarixində Suriya Ərəb Respublikasından 13 nəfər Azərbaycan Respublikası vətəndaşının (6 nəfər qadın, 7 nəfər uşaq olmaqla) ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

Millətlər Liqasında IV tura yekun vurulub

UEFA Millətlər Liqasında bu gün IV turun son oyunları keçirilib.

Oktyabrın 6-da turnir çərçivəsində ümumilikdə 10 qarşılaşma baş tutub.

A Liqasında iki görüş keçirilib. Xorvatiya son dünya çempionu İspaniyanı qəbul edib. İngiltərə isə öz meydanında Çexiya ilə üz-üzə gəlib.

B Liqasında Şotlandiya Sloveniya ilə, İsveçrə isə Şimali Makedoniya ilə qarşılaşıb.

UEFA Millətlər Liqası