25 September 2026

Əli Kərimli və Məmməd İbrahimin ittiham olunduğu iş üzrə istintaq başa çatıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli və Ali Məclisinin katibi Məmməd İbrahimin ittiham olunduğu iş üzrə istintaq başa çatıb.

Bu barədə "Qafqazinfo"nun yaydığı xəbərə görə, istintaq orqanı yaxın günlərdə hazırladığı ittiham aktını Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərəcək.

Məlumata görə, Ə.Kərimli və M.İbrahimə qarşı

Xəzərdə həlak olan Qazaxıstan hərbçilərinin sayı 14-ə çatıb, ölkədə bayraqlar endirilib

Qazaxıstanın Manqistau vilayətində təlimlər zamanı həlak olan hərbçilərin sayı 14-ə çatıb.

Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Xəzər dənizində axtarış işləri başa çatıb, itkin düşmüş iki hərbçinin meyitləri aşkar edilib.

Eyni zamanda, ümummilli matəmlə əlaqədar Qazaxıstanın dövlət qurumlarının binalarında bayraqlar endirilib, əyləncə tədbirləri təxirə salınıb və ya ləğv edilib.

İraq müqavimət hərəkatı ABŞ-ın dəstəklədiyi çevriliş təhlükəsi barədə xəbərdarlıq edib

"Seyyiduş-Şühəda" Briqadalarının sözçüsü Fartusi Baş nazir Əl-Zaidini ABŞ-ın dəstəklədiyi çevriliş hazırlıqları barədə xəbərdar edib və bildirib ki, İraqın suverenliyi təmin olunmayana qədər silahların yerə qoyulması məsələsi gündəmdə olmayacaq.

Cümə axşamı "Al-Mayadeen Plus"a açıqlama verən Fartusi deyib: "İraqın suverenliyini təmin edin, onda silahlara ehtiyac qalmayacaq".

Bəhruz Səmədov Ali Məhkəmədə intihara cəhd edib

Elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov Ali Məhkəmədə keçirilən prosesdə fasilə zamanı sağ qolunu bir neçə yerdən kəsərək özünə xəsarət yetirib.

Sentyabrın 25-də Ali Məhkəmədə Bəhruz Səmədovun kassasiya şikayətinə baxılıb. Prosesə hakim İlkin Abdullayev sədrlik edib. Prosesdə vəkil Zibeydə Sadıqova dövlətə xəyanət maddəsinin ləğvi barədə şikayət təqdim edib. Məhkəmə şikayəti təmin etməyib.

Aİ ABŞ-ın dizel ixracını məhdudlaşdırmaq planına reaksiya verir

Ağ Evin tam qadağa əvəzinə hədəflənmiş məhdudiyyətlər tətbiq etmək planlarını açıqlamasına baxmayaraq, Brüssel ABŞ-ın dizel ixracını məhdudlaşdırmaq təklifinə qarşı çıxıb.

Avropa İttifaqı ABŞ Prezidenti Donald Tramp tərəfindən nəzərdən keçirilən potensial dizel ixracı qadağasına reaksiya verərək, bunun hər iki iqtisadiyyata zərər verə biləcək "pis fikir" olduğunu bildirib.

Nyu-Yorkda Netanyahuya qarşı etiraz aksiyası

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı etirazlar küçələrə daşdı. Minlərlə Fələstin tərəfdarı Manhettendə toplaşaraq BMT-nin mənzil-qərargahına doğru yürüş etdi və İsrailin Qəzzaya hücumlarına, eləcə də Netanyahunun Nyu-Yorkda olmasına etirazını bildirdi.

Bəhreyndə insanlar küçələrə çıxır; hədəfdə Əl Xəlifə rejimidir...

Bəhreynin Sanabis rayonunun sakinləri dini alimlərin həbsinə və şiə icmasına qarşı təzyiqlərə etiraz olaraq küçələrə çıxıblar.

Çərşənbə axşamı günü Sanabis sakinləri şiə din xadimlərinin həbsinə və dini fəaliyyətlərə qoyulan məhdudiyyətlərə etiraz etmək məqsədilə küçələrə axın edərək ölkə rəhbərliyi əleyhinə şüarlar səsləndiriblər.

BMT-də çıxış edən Netanyahuya etiraz olaraq zalı tərk etdilər

İsrail Baş naziri Binyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında kürsüyə qalxdığı zaman çoxlu sayda ölkə nümayəndə heyəti tərəfindən etirazla qarşılanıb. İsrail Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasına müraciət etmək üçün zala daxil olub və kürsüyə tərəf yönəlib.

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni baş katibi İsmayıl Uld Şeyx Əhmədi təbrik edib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Görüş zamanı Ceyhun Bayramov artan islamofobiya ilə mübarizədə həmrəyliyin vacibliyini vurğulayıb və Azərbaycanın Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib.

Millətlər Liqası: Niderland-Almaniya heç-heçə olub, Portuqaliya Uelsə qalib gəlib

Bu gün 2026/27 mövsümü üzrə UEFA Millətlər Liqasında mübarizəyə start verilib.

İlk oyun günündə A, B və D Liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.

Günün əsas görüşlərindən biri Niderland və Almaniya yığmaları arasında keçirilib.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Hicabdan istifadə dünyəviliklə ziddiyyət təşkil etmir

Hicabdan istifadə dünyəvilik prinsipi ilə heç bir ziddiyyət təşkil etmir. Dünyəvi dövlət dedikdə dövlət idarəçiliyinin şəriət qanunları ilə deyil, Konstitusiya və qanunlar əsasında həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Konstitusiyasında isə vicdan və etiqad azadlığı, eləcə də təhsil alma hüququ təsbit olunub.

Dini inanclı insanların narahatlığına səbəb olan məsələ vahid məktəbli geyimi deyil, məhz vahid məktəbli geyimi məsələsindən əlavə, hicaba qadağanın da müzakirə olunmasıdır.

İnanclı xanımların məhkəməsindən: “Sən mənim qolumu qıran həmin polissən”

Altı inanclı xanımın növbəti məhkəmə iclası baş tutub. Sentyabrın 24-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsində keçirilən iclasda şahidlər dindirilib.

İlk şahid xanımların ehsan payladığı ərazidə yerləşən mağazanın sahibi olub. O, hadisə zamanı orada olmadığını və məsələdən xəbərsiz olduğunu bildirib.

Ardınca şahid qismində iki polis əməkdaşı ifadə verib. Bir-birinə zidd ifadələr verən polis əməkdaşlarının dediklərinə inanclı xanımlar etiraz edərək onların yalan danışdığını bildiriblər.