12 September 2026

Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb

Misli Premyer Liqasında V tura start verilib.

ünün yeganə matçında "Neftçi" "İmişli"nin qonağı olub.

Yevlax şəhər stadionunda baş tutan qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 3:2.

Meydan sahiblərinin heyətində 29-cu dəqiqədə Bəxtiyar Həsənalızadə, 45+7-ci dəqiqədə isə penaltidən Azər Salahlı fərqlənib.

İran və Rusiya Rəşt-Astara dəmir yolu layihəsini müzakirə edib

İran xarici işlər nazirinin müavini Mehdi Sübhani ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, əsas birgə layihələri və Rəşt-Astara dəmir yolu xəttinin inkişafını müzakirə etmək üçün Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

İranın Rusiyadakı səfirinin də qatıldığı görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və vacib birgə layihələr, ilk növbədə Rəşt-Astara dəmir yolu xətti nəzərdən keçirilib.

MBH üzvü azadlığa çıxıb

17 saylı cəzaçəkmə müəsissəsindən Müsəlman Birliyi Hərəkatının üzvü azadlığa buraxılıb. Mikayılov Loğman 2023-cü ilin 12 sentyabında, inanclıların kütləvi həbslərinin həyata keçirildiyi dönəmdə saxlanılmışdı.

Saxta narkotiklərlə ittiham olunan inanclı 2024-cü ilin 19 martında məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bu səhər o, həbs müddətini başa vuraraq azadlığa çıxıb.

“Məkkə İttifaqı” ciddi sınaq qarşısındadır

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yenicə qurduğu “Məkkə İttifaqı” ciddi sınaq qarşısındadır: bir tərəfdə Dəməşqin 35 kilometrliyinə qədər gəlib çıxmış və Hermon yüksəkliyində post qurmuş İsrail ordusu var, o biri tərəfdə də Səudiyyənin dəstəklədiyi qüvvələri məğlub edərək, sürətlə Bab əl-Məndəb boğazını nəzarətə götürən Yəmən husiləri – İranın kömək etdiyi “Ənsərullah”.

İraq baş naziri Ər-Riyada hücuma görə ordu komandirini vəzifəsindən qovdu

İraq hökuməti Səudiyyə Ərəbistanına edilən hücumu pisləyir və onunla bağlı dərhal araşdırma aparılmasını əmr edib.

Bu mövqe İraq Nazirlər Kabinetinin xüsusi bəyanatında qeyd olunub: "İraq hökuməti Səudiyyə Ərəbistanına edilən hücumu pisləyir və Krallığın təhlükəsizliyini və sabitliyini təhdid edən və ya iki ölkə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirən hər hansı bir təcavüz aktını rədd etdiyini bəyan edir".

İmamoğlu siyasi qadağaya məhkum edildi

Keçmiş Tuzla Bələdiyyə Başçısı Şadi Yazıcıya qarşı çıxışlarına görə "böhtan" işində iki dəfə bəraət alan Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi və ona siyasi qadağa qoyuldu.

Hökmün oxunması zamanı məhkəmə heyətinə reaksiya verən İmamoğlu hakimin qərarı ilə məhkəmə zalından zorla çıxarıldı. CHP lideri Kılıçdaroğluna da istinad edən İmamoğlu "Mən siyasi məhbusam" dedi.

"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın etdi

Türkiyə Super Liqasında V turun oyunları keçirilir.

Bu gün "Beşiktaş" meydana çıxıb.

Komanda "Erzurumspor"u qəbul edib.

Matçsa hesab erkən açılıb. Emirhan Topçu fərqlənib. Çox keçmədən Leandro Trossard adını tabloya yazdırıb. Oyunda son nöqtəni İlhan Fakılı qoyub - 3:0.

Həmyerlimiz Nəriman Axundzadə isə meydana daxil olmayıb. O, sonadək ehtiyat oyunçular skamyasında qalıb.

Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bir neçə hücumdan sonra “Şərq-Qərb” neft kəmərinin Mədinə və Ər-Riyad ətrafından keçən bəzi hissələrinin preventiv məqsədlə fəaliyyətinin dayandırıldığını açıqlayıb.

Bu barədə krallığın Energetika Nazirliyinin açıqlamasına istinadən “Asharq Al-Awsat” qəzeti məlumat yayıb.

Nazirliyin rəsmi nümayəndəsi hücumlar nəticəsində bir neçə nəfərin xəsarət aldığını və onlara tibbi yardım göstərildiyini bildirib.

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb.

AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.

Dini dəyərlər niyə hədəfə çevrilir? – Sosial şəbəkələrdə təhlükəli qarşıdurma 4-cü, sonuncu hissə

İslamı hədəfə almaq da, İslam adına zorakılıq etmək də İslama xidmət etmir

Burada xüsusilə müsəlman cəmiyyətinin üzərinə düşən məsuliyyət böyükdür. Çünki İslamı müdafiə etdiyini söyləyən insan öz davranışı ilə İslam haqqında təsəvvür yaradır. Bir müsəlman təhqirə təhqirlə, aqressiyaya aqressiya ilə, fikrə yumruqla cavab verirsə, qarşı tərəfə dini dəyərlərin müdafiəsini deyil, məhz zorakılığı göstərmiş olur.

“Qadınları və uşaqları həbs və işgəncələrə məruz qoyanlar başa düşmək istəmir ki…”,

Elə ilk gündən medianın kütləvi yayımında məsələnin qərəzli qoyulması özünü göstərirdi. Həqiqətdə, artıq uzun zamandır ki, “şaha yaxşı görünmə” siyasətində yaltaq obraza çevrilmə tendensiyası ölkəmizin xüsusi siyasi baxışında yüksək nöqtəyə gəlib. Yaltaq, yarı əyilmiş məmur, Kəbə evi önündə duası ilə xoş gəlmək şousu, tribunalardan “müxalifətsiz cəmiyyət” ritorikası, “tək kişi” obrazı Azərbaycan cəmiyyəti üçün yeni deyil.