20 June 2026

Azadlıqda olsaydım, yəqin ki, bu günün Kərbəla meydanı olan inanclı xanımların məhkəmə salonlarında onların yanında yer alardım” – Hacı Tale Bağırzadə

İlahiyyatçı Hacı Tale Bağırzadə ötən il Ərbəin günü (İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü) saxlanılan altı inanclı xanımın məhkəmə proseslərinin başlanması ilə bağlı paylaşım edib. O, məhkəmələrin məhz Məhərrəm ayının ilk günlərinə təsadüf etməsini hakimiyyətin İslama qarşı kin və nifrətinin növbəti təzahürü kimi qiymətləndirib.

Hacı Tale Bağırzadə bildirib:

RSF: Jurnalistləri sürgünə məcbur edən ölkələrin sayı beş ildə ikiqat artıb

Sərhədsiz Reportyorlar təşkilatı, 20 iyun Ümumdünya Qaçqınlar Günü ilə bağlı yaydığı açıqlamada, son beş ildə 60-dan çox ölkədən 1468 jurnalistin təhdidlər, həbs və ya ölüm riski səbəbindən ölkələrini tərk etdiyini bildirib. Türkiyə həm sığınacaq axtaranlar üçün marşrut, həm də sürgün mənbəyi olan ölkələr arasında yer alıb.

Sərhədsiz Reportyorlar (RSF) şənbə günü, 20 iyun Ümumdünya Qaçqınlar Günü münasibətilə jurnalistləri sürgünə məcbur edən ölkələrin sayının beş ildə ikiqat artdığını açıqlayıb.

İsrail Livanda 4 əsgərin öldüyünü açıqladı

 

İsrail ordusu Livanın cənubundakı hərbi əməliyyatlar zamanı baş verən hücumda 52-ci Batalyon komandiri podpolkovnik Dor Qdaliya Ben Samhonun və üç əsgərin öldürüldüyünü açıqladı.

İsrail ordusu Livanın cənubundakı hərbi əməliyyat zamanı batalyona məxsus bir tankın hədəfə alınması nəticəsində 52-ci Batalyon komandiri podpolkovnik Dor Qdaliya Ben Samhonun və üç əsgərin öldüyünü bildirib.

Azərbaycan millisi İsraili məğlub etdi

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasında növbəti görüşünü keçirib.

Faiq Qarayevin baş məşqçi olduğu komanda İsraillə üz-üzə gəlib.

Şimali Makedoniyanın Strumitsa şəhərində baş tutan görüşdə Azərbaycan millisi 3:0 (25:20, 25:19 25:20) hesablı qələbə qazanıb.

Qeyd edək ki, yığma növbəti matçını sabah İsveçrəyə qarşı keçirəcək.

İsrail niyə müharibələrə bu qədər maraqlıdır?

İran-Amerika arasında imzalanacağı planlaşdırılan sülh sazişi təxirə salınıb. Tərəflər İsveçrədə nəzərdə tutulan görüşü ertələyiblər. Buna səbəblər qeyd edilməsə də, hələ ki, sazişin imzalanmasına maniə olan İsrailin Livana hücumu ehtimallar içində öncüldür. Hətta Amerika proksi qüvvəsinə israrına baxmayaraq İsrail Livana qarşı hərbi əməliyyatları genişləndirməkdədir. Bunun isə özünəməxsus səbəbləri var.

Yəməndə milyonlarla insan Trampın Kəbə ilə bağlı sözlərinə qarşı etiraz edib

Əl-Qüds Əl-Ərəbi veb saytının məlumatına görə, nümayiş iştirakçıları qlobal sionizmin və onun İslamın müqəddəs dəyərlərinə və simvollarına qarşı mütəşəkkil hərəkətlərini pisləyən bəyanat yayıblar.

Bir çox əyalətdə, əsasən paytaxt Sənanın Əl-Sabin meydanında kütləvi nümayişlər keçirilib və milyonlarla insan İslam müqəddəslərini dəstəkləmək və ABŞ prezidenti Donald Trampın Kəbə ilə bağlı təhqiramiz sözlərini qınamaq üçün meydanlara toplanıb.

Tramp İranın gücünü etiraf etdi: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi Hörmüz boğazının gəmiçilik üçün açılmasına imkan verməzdi.

Tramp bu barədə "Axios" portalına müsahibəsində danışıb.

“Daha sərt addım yalnız ora daha iki-üç həftə girib bombardmanları davam etdirmək olardı. Amma bu bizə nə verəcəkdi? Hörmüz boğazı açılmayacaqdı”, – deyə ABŞ prezidenti bildirib.

Kobaxidze: Gürcüstan və Tacikistan Orta Dəhliz üzrə əməkdaşlığı gücləndirəcək

Tacikistan Prezidenti Emoməli Rəhmonla çox məhsuldar görüşümüz oldu. Biz bir çox sahələrdə həm ikitərəfli, həm də regional layihələri müzakirə etdik.

Bu sözləri Tacikistanda ilk dəfə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Emoməli Rəhmonla görüşdən sonra keçirdiyi brifinqdə deyib.

Görüşdə ticarət-iqtisadi istiqamətdə əməkdaşlığımıza xüsusi diqqət yetirilib və iqtisadi sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin çox vacib olduğu vurğulanıb.

“Atəşkəs” başladı, lakin İsrail hücumları dayandırmadı

Cənubi Livanda elan olunan və yerli vaxtla saat 16:00-da qüvvəyə mindiyi bildirilən atəşkəsə baxmayaraq, işğalçı İsrail ordusu bölgədə hava əməliyyatlarını davam etdirib.

Məlumata görə, işğalçı İsrail aviasiyası Cənubi Livanın müxtəlif yaşayış məntəqələrinə 16-dan çox hava zərbəsi endirib. Hücumların Şukin, Meyfdun, Cəbəl ər-Rəfi, Reyhan və digər əraziləri hədəf aldığı bildirilib.

Türkiyə millisi məğlub oldu

Futbol üzrə dünya çempionatında Türkiyə Paraqvay millisinə məğlub olub.

San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:1 hesabı ilə uduzublar.

2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.

Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qeyri-etik ifadə işlətdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.

ABŞ kəşfiyyatı İsrailin Vaşinqton-Tehran razılaşmasına mane ola biləcəyindən narahatdır

ABŞ kəşfiyyat orqanları İsrailin Baş naziri Binyamin Netanyahunun Vaşinqton və Tehran arasında mümkün yekun razılaşmanı pozmağa yönəlmiş addımlar ata biləcəyindən narahatdır.

Bu barədə “Washington Post“ qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.