08 June 2026

Jurnalist Əfqan Sadıqovun mülki geyimlilər tərəfindən saxlanıldığı deyilir

Gürcüstandan Azərbaycana deportasiya edilmiş jurnalist Əfqan Sadıqovun mülki geyimlilər tərəfindən saxlanıldığı deyilir.

Bu barədə iyunun 8-də jurnalistin həyat yoldaşı Sevinc Sadıqova sosial mediada məlumat yayıb.

“Maskalı, mülki geyimli 4-5 nəfər Əfqanın olduğu yerə basqın edərək onu zorakılıqla aparıblar. Onu hara və hansı səbəbdən apardıqları barədə heç bir məlumat verməyiblər”, - S.Sadıqova yazıb.

ABŞ Ermənistanda 2,5 milyard dollarlıq strateji layihəyə başlayır

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının Direktorlar Şurası ABŞ və Ermənistanın ortaq müəssisəsi olacaq TRIPP Development Company layihəsini təsdiqləyib.

Layihə ümumilikdə 2,5 milyard dollarlıq strateji investisiya paketinin tərkib hissəsi hesab olunur.

Məlumata görə, may ayında Yerevanda ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb.

İran İsrailə zərbələri dayandırıb, Livana hücumlar davam edərsə, daha şiddətli cavabla bağlı xəbərdarlıq edib

İran ordusunun İsrailə qarşı hərbi əməliyyatları başa çatıb.

Bu barədə İranın "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahı bəyanat yayıb.

Bəyanatda, İsrailə “ağrılı” tərzdə cavab verildiyi və əməliyyatın sonlandırıldığı bildirilib.

Xəbərdarlıq edilib ki, İsrail İrana və Livanın cənubuna hücumlara davam etsə, İran Silahlı Qüvvələrinin cavabı daha şiddətli olacaq.

Rejim rəisi Elvin Mustafayevi ona yeni cinayət işi açmaqla hədələyib

Hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin müəssisə rəhbərliyi tərəfindən hədələndiyi bildirilir.

Bu barədə Meydan TV-yə Mustafayevin yaxınları məlumat verib.

Onların sözlərinə görə, Elvin Mustafayev siyasətçi Tofiq Yaqublunun səhhəti ilə bağlı problemlərə göstərilən münasibətə etiraz etdikdən sonra müəssisənin rejim rəisi Samit Qafarov onu yeni cinayət işi açmaqla hədələyib.

Ucuz dronlar nəhəng orduları necə dayandırdı

ABŞ və İsrail də fevralın sonunda İranı bombalamağa başlayarkən İslam Respublikasının qısa müddətdə çökəcəyini düşünürdü. Amma “böyük hərbi güclər” daha kiçik və zəif gördükləri rəqiblərini məğlub edə bilmədilər. İranın ucuz, yerli istehsal olan dronları döyüş meydanının qaydalarını tamami ilə dəyişdi.

Hərbi baxımdan zəif tərəflər raket çatışmazlığını və müasir hərbi hava qüvvələrinin yoxluğunu məhz dronlar vasitəsilə kompensasiya etdilər.

"Reuters": Fransa və bir sıra digər ölkələr İsrailə təzyiqi artırmaq üzərində işləyir

Fransa bir sıra ölkələrlə birlikdə İordan çayının Qərb sahilində gərginliyin artmasında əli ola biləcək İsrail rəsmilərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanını müzakirə edir.

Bu barədə "Reuters" agentliyi üç avropalı diplomata istinadən məlumat yayıb.

Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqton və Tehran arasında əldə olunacaq istənilən razılaşmanı qəbul etməli olacaq.

Tramp bu barədə “Financial Times” qəzetinə telefon müsahibəsində danışıb.

“Onun başqa seçimi olmayacaq. Qərarları mən verirəm. Bütün qərarları mən qəbul edirəm. O yox”, - deyə ABŞ prezidenti bildirib.

İran-İsrail davası yenidən neft qiymətlərini kəskin dəyişdi

İranla İsrail arasında başlanan hərbi toqquşma dünya neft bazarında qiymətlərin kəskin artımına səbəb olub.

Londonun ICE birjasında Brend etalon markalı neftin avqust fyuçersləri 3,2 dollar bahalaşaraq 96,3  dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin avqust fyuçersləri isə 3 dollara yaxın bahalaşmaqla 93,5 dollar olub.

Parataekvondoçumuzdan Almaniyada növbəti qızıl medal

Almaniyanın Nürnberq şəhərində keçirilən parataekvondo üzrə "Prezident Kuboku"nda Sabir Zeynalov (58 kiloqram) növbəti uğura imza atıb.

20 yaşlı paralimpiyaçı yarımfinalda türkiyəli Hamza Tarhanın, finalda isə rusiyalı Asxat Akmatovun üzərində qələbə qazanaraq qızıl medala sahib olub.

Qeyd edək ki, paralimpiyaçı cəmi 3 gün əvvəl Roma şəhərində təşkil olunan Roma Qran-prisində də qızıl medal qazanmışdı.

SEPAH İsrailin iki strateji hava bazasına qarşı əməliyyata başlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin Nəvatim və Tələnovdakı iki strateji hava bazasına qarşı “Nəsr” əməliyyatına başlandığını açıqlayıb.

SEPAH bildirib ki, əməliyyat Hərbi Hava Kosmik Qüvvələr tərəfindən başladılıb və hədəf bu iki hava bazasının mühüm mərkəzləri olub.

Bildirilib ki, bu addım İsrailin İranın üç müxtəlif nöqtəsində yerləşən bir neçə radar obyektinə raket hücumuna cavab olaraq atılıb.