06 June 2026

Mossadın İran şöbəsində çalışan yüksək vəzifəli məmuru avtomobil bombasının partlaması nəticəsində öldürülüb

Hənzala Mossadın İran şöbəsində çalışan yüksək vəzifəli bir məmurun avtomobil bombasının partlaması nəticəsində öldüyünü açıqladı.

YDH-nin məlumatına görə, İranın kibermüqavimət təşkilatı Hənzala İran əməliyyatlarından məsul olan yüksək vəzifəli Mossad məmurunun öldürüldüyünü açıqlayıb.

Hənzala İsrail təhlükəsizlik bürokratiyasını hədəf alan əməliyyatın təfərrüatlarını video və mesajlar vasitəsilə paylaşıb.

İran: Əfqanıstanla sərhəddə silahlı toqquşma baş verib, 6 terrorçu zərərsizləşdirilib

İran sərhədçiləri ilə silahlı qruplaşma arasında güclü atışma baş verib.

İranın Sistan və Bəlucistan vilayətinin Zabol sərhəd alayında baş verən qarşıdurma nəticəsində 6 terrorçu zərərsizləşdirilib.

İran Polis Qüvvələrinin Sərhəd Mühafizəsi Komandanlığından bildirilib ki, ötən gecə ölkə ərazisinə daxil olmaq və sərhəd məntəqələrinə hücum etmək istəyən silahlı qrupla sərhədçilər arasında şiddətli atışma baş verib.

“Son 5 ilin məlumatları fərqi aydın şəkildə göstərir”

Maliyyə analitiki Paul Qonçaroff Sputnik-ə verdiyi müsahibədə son beş ildə qlobal artımın təxminən yarısını təmin edən BRICS ölkələrinin dünya iqtisadiyyatındakı çəkisinin artdığını bildirib və əlavə edib ki, "Qlobal Cənubun siyasi və iqtisadi potensialı daha çox nəzərə çarpacaq".

Goncharoff7 konsaltinq şirkətinin baş direktoru və təcrübəli maliyyə analitiki Paul Qonçaroff BRICS ölkələrinin qlobal iqtisadiyyata artan təsirini qiymətləndirib.

Azərbaycan millisi Maltaya uduzdu

Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Malta yığması ilə qarşılaşıb.

Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda oynanılan görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu iyunun 9-da San-Marinoya qarşı keçirəcək.

ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın regiondakı bazalarına raket zərbəsi endirdiyini bildirir.

SEPAH Sirik və Qeşm adasına hücumdan sonra ABŞ ordusunun regiondakı bazalarının Hərbi Hava Qüvvələrinin raketləri ilə hədəfə alındığını açıqlayıb.

Hacc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb

Hacc ziyarətindəki zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana yola düşüb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Hacc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, təyyarə yerli vaxtla saat 12:30-da Bakıya çatacaq: “Bu gün ümumilikdə 180 zəvvar Azərbaycana yollanacaq. Günün ikinci zəvvar təyyarəsi isə yerli vaxtla saat 15:50-də yola düşəcək”.

Təhlükəli addım dezinformasiyadan sonra atılacaq addımlardır

Bu gün nüfuzlu CNN kanalında yayılan və geniş əks-səda doğuran məlumat İran-Azərbaycan əlaqələrinin yaxşılaşmasının qarşısını almağa hesablanmış növbəti informasiya əməliyyatı olmaqla, aprelin 21-də İsrail mediası üzərindən həyata keçirilən planın davamıdır, onu gücləndirən tezisdir.

Əsas məqsədlərdən biri isə kiberməkandan istifadə etməklə, İran və Azərbaycan əhalisi arasında qarşılıqlı inamsızlıq və nifrət atmosferini saxlamaq, münasibətlərin yaxınlaşmasına imkan verməməkdir!