03 May 2026

İsrail təbliğat büdcəsini dörd dəfə artırdı

İsrail Knesseti ötən ay təsdiqlənmiş 2026-cı il milli büdcəsində təbliğat fəaliyyətləri üçün təxminən 730 milyon dollar ayırıb.

“The Jerusalem Post” qəzetində dərc olunan xəbərə görə, İsrail Knesseti ötən ay 2026-cı il üçün milli büdcəni təsdiqləyib və təbliğat fəaliyyətləri üçün təxminən 730 milyon dollar ayırıblar. Bu, əvvəlki ildəki xərclərdən dörd dəfə çoxdur.

️Nardaranda polis postlarının sirri

Məlum “Nardaran hadisəsi”ndən sonra Bakının dənizkənarı bu kəndində siyasi gərginliyin hökm sürməsi heç kəs üçün gizli deyil. Zamanla bununla bağlı mətbuatda yer alan məlumatlar da artıq 11 ildir ki, Nardaranın giriş-çıxışlarının polis nəzarəti altında olması, kəndə daxil olan istənilən maşının yoxlanılması, sənədlərin təqdim edilməsi, illərin ötməsinə baxmayaraq, bu kəndi ciddi senzura altında saxlaması faktını təsdiq edir. Əlbəttə, bunun özünə məxsus səbəbləri var.

“Bakı Marafonu 2026”nın qalibləri müəyyənləşib

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”nın qalibi müəyyənləşib.

Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

Fərid Mehralızadə: “Azərbaycanda 'jurnalist' sözü 'siyasi məhbus'un sinoniminə çevrilib”

AzadlıqRadiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadə deyir ki, Azərbaycan həbsxanalarında siyasi məhbus sayılan şəxslərə "jurnalist" damğası vurulur. O, bu barədə 3 May – Dünya Mətbuat Azadlığı Günü ərəfəsində həbsxanadan göndərdiyi ismarışda bildirib.

Hizbullahın atəşkəs üçün beş tələbi

Livandakı Hizbullahın parlament qrupu olan Müqavimətə Sədaqət blokunun üzvü Hüseyn əl-Hacı Həsən atəşkəsə nail olmaq və Livanın ərazi bütövlüyünü qorumaq üçün beş əsas şərti açıq şəkildə paylaşıb.

Baalbek-Hermel parlament qrupunun rəhbəri və Hizbullahın Müqavimətə Sədaqət blokunun üzvü Hüseyn əl-Hacı Həsən Livanda atəşkəs prosesi ilə bağlı Müqavimətin beş əsas şərtini sadalayıb.

Malidə son sutka ərzində 200-dən çox terrorçu zərərsizləşdirilib

Malinin silahlı qüvvələri son 24 saat ərzində ölkə ərazisində həyata keçirilən əməliyyatlar zamanı 200-dən çox terrorçunu zərərsizləşdirib.

Bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, zərbələr əsasən havadan endirilib, böyük silahlı dəstələr məhv edilib, ağır və yüngül texnika sıradan çıxarılıb.

Sionistlər Qərb Şəriyəsində 7 fələstinlini yaraladılar

Fələstin torpaqlarını ələ keçirən sionistlər Fələstin əkinçilik torpaqlarına hücum edərək 7 nəfəri yaralayıblar, İsrail əsgərləri isə işğal olunmuş Qərb Şəriyəsinin müxtəlif ərazilərində 6 fələstinlini saxlayıblar.

Fələstin rəsmi xəbər agentliyi WAFA-nın dərc etdiyi məlumata görə, İsrailin Cəlud şəhərinə hücumu nəticəsində 3 fələstinli yaralanıb.

Çin ABŞ sanksiyalarını tanımadığını açıqladı

Çin hökuməti ABŞ-ın İran nefti ilə işləyən Çin emal şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara əməl etməyəcəyini açıqlayıb. Bu barədə Çin Ticarət Nazirliyi rəsmi bəyanat yayıb.

Nazirlik bildirib ki, sözügedən sanksiyalar “tanınmamalı, tətbiq edilməməli və yerinə yetirilməməlidir”.

Rəsmi Pekin ABŞ-ın bu addımını birtərəfli qərar kimi qiymətləndirib və onun beynəlxalq hüquqi əsaslarının olmadığını vurğulayıb.