15 March 2026

Ceyhun Məmmədov: “İran uzun müddət müharibəni davam etdirmək imkanlarına malikdir”

İrana qarşı həmişə xarici təzyiq olanda daxildə parçalanma yox, əksinə, birləşmə baş verir. Ona görə də Amerika və İsrail bu amili nəzərə almalı idilər. İran daxilində parçalanma olmayacaq. Baxın, ali dini lider seçildi. Prezident ona tabeliyini bildirdi, həmçinin ziyalılar, güc strukturları mövqelərini açıqladılar. Yəni İran daxilində parçalanmaya nail olmaq çox çətindir. Çünki struktur, sistem güclüdür və daxildə vahid müxalif qüvvə, onun təsir imkanları yoxdur. Bu səbəbdən İran uzun müddət müharibəni davam etdirmək imkanlarına malikdir.

İordan Çayının Qərb Sahilində ailəvi qətliam: 4 Fələstinli şəhid edildi

Tamunda ailəyə qarşı hücum

İordan çayının qərb sahilində yerləşən Tubas vilayətinin cənubundakı Tamun qəsəbəsində sionist rejim hərbi qüvvələrinin açdığı atəş nəticəsində bir fələstinli kişi, onun həyat yoldaşı və iki azyaşlı övladı şəhid olub. Hadisə bazar günü sübh saatlarında baş verib. Eyni ailənin digər iki uşağı isə güllə qəlpələrinin təsiri ilə yaralanıb.

Çin Trampın Hörmüz boğazına qoşun göndərmək tələbini rədd etdi

Çin ABŞ prezidenti Donald Trampın Hörmüz boğazına qoşun göndərmək tələbini rədd etdi. Pekin verdiyi açıqlamada "Hörmüz İranın suveren hüquqları daxilindədir" dedi.

Tramp sosial media platforması Truth Social-da paylaşım edərək bildirib ki, "Bir çox ölkə, xüsusən də Hörmüz boğazının blokadasından təsirlənənlər, ABŞ ilə yanaşı, onu açıq və təhlükəsiz saxlamaq üçün hərbi gəmilər göndərəcəklər".

Əraqçi: Hörmüz boğazı ABŞ və müttəfiqləri istisna olmaqla, hər kəs üçün açıqdır

Hörmüz boğazı ABŞ və müttəfiqləri istisna olmaqla, hər kəs üçün açıqdır.

Bunu İran xarici işlər naziri Abbas Əraqçi “Al Araby Al Jadeed”-ə müsahibəsində bildirib.

Abbas Əraqçi onu da qeyd edib ki, hazırda ABŞ və İsraillə münaqişənin başa çatdırılmasına yönəlmiş konkret təşəbbüslər mövcud deyil.

Hörmüz bağlandı, gübrə bazarı çökür – dünya ərzaq böhranına gedir

Dünya bazarında gübrə tədarükündə yaranan ciddi pozuntular qlobal ərzaq təhlükəsizliyi ilə bağlı narahatlığı artırır.

Financial Times nəşrinin məlumatına görə, İran ətrafında davam edən müharibə səbəbindən karbamid ( kənd təsərrüfatında bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunan əsas azot gübrələrindən biri) tədarükündə ciddi problemlər yaranıb və bu, qlobal təchizat zəncirinə təsir göstərməyə başlayıb.

Hicaba qoyulan qanunsuz qadağanı qəbul etmir və bu məsələdə sonadək qanun çərçivəsində mübarizə aparacağam

Siyasi məhbus Polad Aslanovun həyat yoldaşı sosial media üzərindən paylaşım edərək son günlər hicabla bağlı sünü qadağanı tənqid edib. O, paylaşımda təhsildəki çoxsaylı problemlərə diqqət çəkərək orta məktəblərdə olan bir çox problemlərin həllinə fokslanmanın daha əhəmiyyətlı olduğunu bildirib.