İmam Hüseyn (ə) aşiqi: “Bu yolu aldım ki…”
İmam Hüseyn (ə) aşiqi olan iraqlı Hacı Nasir Hüseyn əl-Cabiri Ərbəin ziyarəti zəvvarlarının yolunu tikanlardan təmizləyir.
O, hər il Ərbəin üçün Kərbəlaya doğru piyada hərəkət edən onmilyonlarla insanın keçdiyi yolun bir hissəsini özü üçün alıb.
Əl-Cabiri bu şəkildə İmam Hüseyn (ə) zəvvarlarına xidmət göstərmək istədiyini, öz yolunu onların xidməti üçün təqdim etdiyini bildirib.