03 August 2025

Ayətullah Sistanidən özü ilə bağlı Ərbəin zəvvarlarına müraciət

Böyük təqlid müctehidi Ayətullah əl-Üzma Seyid Əli Sistani  bir daha öz şəkillərinin İmam Hüseynin (ə) Ərbəin ziyarəti zamanı zəvvarların piyada keçdiyi marşrutlarda asılmasına qarşı çıxdığını bəyan edib.

Ayətullah Sistaninin Nəcəfdə yerləşən ofisinin verdiyi rəsmi açıqlamada deyilir:

“Bismillahir-Rahmanir-Rahim

Dörd cüdoçumuz medal qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb. 

İlk yarış günündə Azərbaycanın 4 cüdoçusu fəxri kürsüyə qalxıb.

-60 kq çəki dərəcəsində Nihad Məmişov və -73 kq çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar. Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medala sahib olub. 

Almaniyada Qəzzaya dəstək aksiyasına sərt müdaxilə edilib

Almaniyanın paytaxtı Berlində polis Fələstinə dəstək nümayişini sərt şəkildə dağıdıb, çoxlu sayda insanı həbs edib.

Yüzlərlə fələstinli tərəfdar, İsrailin işğalı nəticəsində baş verən soyqırıma etiraz etmək və Qəzzada aclıq böhranına diqqət çəkmək üçün Berlinin ən işlək bölgələrindən biri olan Breitscheid meydanı yaxınlığındakı Kurfürstendamm prospektində toplaşıb.

İsrailin Qəzzaya hücumları nəticəsində 55 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağına səhər saatlarından bəri davam edən vəhşi hücumları nəticəsində 27-si humanitar yardım gözləyən 55 fələstinli həlak olub.

Bu haqda məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, İsrail əsgərləri Qəzza zolağının cənubundakı Rəfah şəhərində, həmçinin Qəzza zolağının mərkəzi Vadi Qəzza bölgəsində, şimal-qərbdəki Sudaniya bölgəsində humanitar yardım gözləyən fələstinlilərə atəş açıb.

İsrail Ordusu: Qəzzaya havadan 90 qutu humanitar yardım çatdırılıb

“Ölkəmizlə BƏƏ, İordaniya, Misir, Fransa və Almaniya arasında əldə olunan razılaşmaya əsasən, İsrail Müdafiə Qüvvələri Hökumətin Ərazilərdəki Fəaliyyətinin Koordinasiyası İdarəsinin təşkilatçılığı ilə son saatlar ərzində Qəzza sektoruna havadan 90 qutu həcmində humanitar yardım buraxılıb”.

Bu barədə İsrail Müdafiə Qüvvələrindən məlumat verilib.

Bildirilib ki, bu addım bölgədə yaşayan dinc əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması xarakteri daşıyır.

Fələstin İsrailə təzyiqlərin artırılmasına çağırıb

Fələstin hökuməti dünya ictimaiyyətinə və BMT-nin humanitar təşkilatlarına müraciət edərək İsrail hakimiyyətinə təzyiqlərin artırılmasına və Qəzza zolağı ilə sərhəddə yerləşən bütün sərhəd-keçid məntəqələrinin açılmasına dair çağırış edib.

Bu barədə Fələstin WAFA informasiya agentliyi məlumat yayıb.

Tunisdə Ənnahda lideri Qəzza xalqı ilə həmrəylik üçün həbsxanada aclıq aksiyasına başlayıb

Ənnahda hərəkatının lideri və Tunis Nümayəndələr Palatasının keçmiş spikeri Raşid Qanuşi Qəzza xalqı ilə həmrəylik məqsədilə həbsxanada aclıq aksiyasına başlayıb.

Tunisli Ənnahda hərəkatının lideri Rəşid Qanuşini Müdafiə Dərnəyi bəyanat yayaraq, İsrail rejiminin 22 aya yaxındır soyqırım müharibəsinə məruz qalan Qəzza zolağı xalqı ilə həmrəylik məqsədilə həbsxanada aclıq aksiyasına başladığını açıqlayıb.

İsrailin Qəzza zolağına zərbəsi nəticəsində Qızıl Aypara Cəmiyyətinin əməkdaşı həlak olub

Fələstin Qızıl Aypara Cəmiyyətinin (PRCS) əməkdaşı İsrailin Xan Yunisdə təşkilatın qərargahına endirdiyi hava zərbəsi nəticəsində həlak olub, daha üç nəfər yaralanıb.

Bu barədə təşkilat “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Bavariya" "Lion"u, "Roma" isə "Lans"ı məğlub etdi

"Arena Münhen" stadionunda keçirilən yoldaşlıq oyununda "Bavariya" "Lion"la qarşılaşıb. 

Görüş Almaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

İtaliyanın "Roma" klubu isə yoldaşlıq matçında "Lans"ın qonağı olub.

Qarşılaşma "Bolart-Delelis" stadionunda (Lans, Fransa) keçirilib. 

Görüş İtaliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Səfər ayının yeddinci günü Həzrət Məsumənin (s.ə) hərəmində əzadarlıq mərasimi keçirilib

Səfər ayının yeddinci günü İmam Həsən Müctəbanın (ə) şəhadəti günüdür. İmamamın şəhadətinin ildönümü münasibəti ilə İranın Qum şəhərində Xanım Məsumənin (s.ə.) hərəmində əza məclisi təşkil edilib.

Mərasimə qatılan Qumdan olan dini heyətlər əzadar dəstələri halında Həzrət Fatimeyi Məsumənin (s.ə) pak hərəmini ziyarət edərək başsağlığı veriblər.