Əl-Əqsa məscidinə hücum 2 milyard müsəlmanın hisslərinin təhqiridir

Fələstin Mücahidləri Hərəkatı, bu gün sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə etdiyi hücumu, iki milyard müsəlmanın dini hisslərinin təhqir olunması və işğalçıların bu müqəddəs məkanı yəhudiləşdirmək planlarının davamı kimi dəyərləndirib.

Hərəkat bazar günü yaydığı bəyanatda, sionist məskunlaşmaçıların Əl-Əqsa məscidinə hücumuna qarşı region ölkələrinin susqunluğunu tənqid edib və bildirib:

“Cinayətkar Ben-Qvirin bir qrup məskunlaşmaçı ilə Əl-Əqsa məscidinə basqını, 2 milyard müsəlmanın hisslərini bir daha yaraladı.”

Bəyanatda əlavə olunur:

“Əl-Əqsa məscidinə bu cür hücumlar, sionist rejimin nasist təmayüllü hökumətinin bu müqəddəs məkana qarşı yəhudiləşdirmə planlarını həyata keçirmək yolunda atdığı addımların göstəricisidir.”