12 November 2023

Gürcüstanda Azərbaycan və Rusiya vətəndaşlarının saxlanıldığı bildirilir

Azərbaycan və Rusiya vətəndaşlarının Gürcüstanda İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham edilərək saxlanıldığı bildirilir.

Azərbaycan mediasının məlumatına görə, noyabrın 11-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin anti-terror mərkəzi tərəfindən İŞİD terror qruplaşması ilə əlaqəli olmaqda şübhəli bilinərək saxlanılan iki əcnəbidən biri Azərbaycan vətəndaşı, digəri Rusiya vətəndaşıdır.

İslami Cihad İƏT və Ərəb Liqasının Zirvə Bəyannaməsini tənqid edib

Fələstin İslami Cihad hərəkatı İslam Əməkdaşlıq Təşkilatının Qəzza ilə həmrəylik çərçivəsində keçirdiyi toplantının yekun bəyanatına reaksiya verib, bəyannaməni sərt şəkildə tənqid edib.

İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası ölkələrinin liderləri dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüş keçirərək, 57 ərəb və İslam ölkəsini Fələstin xalqına dəstək və həmrəylik elan etməyə dəvət ediblər.

Safiyüddin: Qəzza müharibəsi sübut etdi ki, heç bir qüvvəyə etibar etmək olmaz

Hizbullah İcraiyyə Şurasının sədri Seyid Haşim Səfiyüddin Cənubi Livanda sionist işğalına qarşı müqavimətin qarşıdurma prosesi ilə bağlı açıqlama verib və "Gözə göz" məntiqinə əməl edəcəyini düşmənin hücumlarına uyğun cavab verəcəyini açıqlayıb.

Seyyid Haşim Səfiyüddin əlavə edib: "Müqavimət davam edir və bu bir zərurətdir. Düşmənlə qarşılaşmaq üçün əlimizdə silahlarımız var və müqavimət hazırda aktivdir. Biz ölkəmizə və millətimizə dəstək olaraq bu mübarizəni davam etdirəcəyik".

ABŞ-nin hərbi təyyarəsi qəzaya uğradığı deyilsə də, vurulma ehtimalı da səsələnir

Amerikaya məxsus hərbi təyyarə Aralıq dənizinin şərqində qəzaya uğrayıb. Qərb mediasına istinadən xəbər verir ki, hadisə noyabrın 10-da təlim zamanı baş verib. Xəsarət alanların olduğu bildirilir. Bununla yanaşı bəzi media orqanları hərbi təyyarənin vurulması barəsində ehtimalların olduğunu yazır. Amerika birmənalı bu ittihamları rədd etsə də, baş verən hadisələr və hərbi təyyarənin vurulma nöqtəsi bu ehtimaların güclənilən tərəfidir.  

“Borussiya”dan ardıcıl ikinci məğlubiyyət

Almaniya Bundesliqasının 11-ci turunun oyununda “Ştutqart” Dortmund “Borussiya”sını 2:1 hesabı ilə üstələyib.

"Unikal" xəbər verir ki, ev sahiblərinin qollarını Deniz Undav (42-ci dəqiqə) və Seru Qirassi (83-cü dəqiqə, penalti) vurublar. Qonaqların heyətində isə Niklas Füllkruq (36-cı dəqiqə) fərqlənib.

Qeyd edək ki, bu, Dortmund təmsilçisinin ardıcıl ikinci məğlubiyyətidir.

Seyid Həsən Nəsrullah: Qəzza müharibəsini Amerika idarə edir - Müqavimət cəbhəsinin qüdrəti İran rəhbərliyinin sayəsindədir

Livan Hizbullahının Baş katibi Şəhid günü münasibəti ilə çıxışında işğal olunmuş Fələstində baş verən hadisələrə münasibət bildirərərək, Amerika hökumətinin Qəzza zolağında müharibəni idarə etdiyini və sionist rejimin mülki əhaliyə qarşı cinayət törətməklə özünə ağır zərbə vurduğunu vurğulayıb.

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə 100 milyon dollar ayırır

Azərbaycan Türkiyənin zəlzələ nəticəsində zərər çəkmiş Kahramanmaraş bölgəsində yaşayış binaları və sosial infrastruktur obyektlərinin tikintisini maliyyələşdirəcək.

Dünən, noyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında” 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində əldə olunan razılığı imzalayıb.

Londonda Fələstinə dəstək yürüşü

İngiltərənin paytaxtı Londonda Fələstinlə həmrəylik nümayiş etdirmək üçün toplaşan yüz minlərlə insan 5-ci dəfə küçələrə çıxıb.

İsrailin Qəzzaya hücumlarını, həmçinin Daxili İşlər Naziri Bravermanın Fələstinə dəstək yürüşlərini tənqid etməsinə 'nifrət yürüşü' sözləri ilə etiraz etmək istəyən, sayı 300 min olan Fələstin tərəfdarı nümayişçi yerli vaxtla günorta saatlarında Hyde Parkda toplaşıb.

45 il sonra İran və Misir prezidentləri ilk dəfə görüşüb

45 il ərzində ilk dəfə İran və Misir prezidentləri bir araya gəlib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi ilə misirli həmkarı Əbdülfəttah Sisi arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüş keçirilib.

Qəzza hadisələrinin gündəmdə olduğu görüşdə prezidentlər İran və Misir arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd ediblər.