İmran Xanın həyat yoldaşı da girov müqabilində azadlığa buraxıldı
Pakistanın Lahor şəhərinin məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibini də azadlığa buraxıb.
Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barəd “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, Büşra Bibi girov müqabilində mayın 23-nə qədər sərbəst buraxılıb. Girovun məbləği açıqlanmayıb.
Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunurlar.