İmran Xanın həyat yoldaşı da girov müqabilində azadlığa buraxıldı

Pakistanın Lahor şəhərinin məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibini də azadlığa buraxıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki,  bu  barəd “Reuters” agentliyi məlumat yayıb. 

Bildirilir ki, Büşra Bibi girov müqabilində mayın 23-nə qədər sərbəst buraxılıb.  Girovun məbləği açıqlanmayıb. 

Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunurlar.