17 March 2023

Taliban İranı “İpək Yolu danışıqlarına qoşulmağa” çağırıb

Əfqanıstandakı Taliban Administrasiyasının sənaye və ticarət naziri Nurəddin Əzizi İranı İpək Yolunun dirçəldilməsi üçün Çin-Əfqan danışıqlarında iştirak etməyə çağırıb.

Operativtv.com Təsnimə istinadən xəbər verir ki, Əfqanıstandakı Taliban Administrasiyasının sənaye və ticarət naziri Nurəddin Əzizi İrana səfəri çərçivəsində Çabahar limanını ziyarət edib.

Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub

Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub.

Operativtv.com Report-a istinadən məlumatına görə, XXVII turun və dövrənin son matçında "Qəbələ" "Şamaxı"nı qəbul edib. Bölgə təmsilçilərinin dueli "qırmızı-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin hər iki qolunu Əyyub Allaş vurub. Belçikalı hücumçu 19 və 45+1-ci dəqiqələrdə fərqlənib.

"Taxıl sazişinin uzadılması ilə bağlı müzakirələr davam edir" - BMT

Taxıl sazişinin uzadılması ilə bağlı müzakirələr bütün səviyyələrdə, o cümlədən BMT-nin Baş katibi Antonio Quterreş səviyyəsində davam edir. Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə brifinqdə BMT-nin Cenevrədəki baş qərargahının mətbuat katibi Alessandra Vellucci bildirib.

“Hazırda müzakirələr gedir. Sabah nə olacağı ilə bağlı spekulyasiya etmək fikrində deyilik "

Yəhudi mühacirlər yenidən Əl-Əqsa məscidinə hücum ediblər

Sionist miqrantlar hərbçilərin dəstəyi ilə Əl-Əqsa məscidinə hücum ediblər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Qüds şəhərinin islamın və Fələstinin əsas simvolu olan Əl-Əqsa məscidi həmişə sionist rejimin mənfur niyyətinin hədəfinə tuş gəlib. Sionist miqrantlar Məscidül-Əqsaya hücumdan sonra təxribat xarakterli hərəkətlərə başlayıblar.

Qəssam Briqadaları: Cenin şəhidlərinin intiqamını alacağıq!

Şəhidlərin qisasını almaq üçün verdikləri sözə əməl edəcəklərini vurğulayan İzzəddin Qəssam Briqadaları, "Dediklərimizin doğru olduğunu zaman sübut edəcək", - deyə qeyd ediblər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, HƏMAS hərəkatının hərbi qanadı olan Şəhid İzzəddin Qəssam Briqadaları Cenin düşərgəsində çoxlu fələstinlinin şəhid olması münasibəti ilə başsağlığı verib və şəhidlərin qisasını işğalçı rejimdən alacaqlarına söz verib.

Azərbaycan, Rusiya və İran “Şimal-Cənub” layihəsinin tamamlanmasına dair saziş imzalamağı planlaşdırır

Azərbaycan, Rusiya və İran “Şimal-Cənub” dəhlizinin quru dəmir yolu marşrutunun tamamlanması üçün tələb olunan sonuncu hissənin tikintisinə dair hökumətlərarası saziş hazırlayır.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov jurnalistlərə bildirib.

Mark Zukerberq 1500 işçisini işdən çıxardı

Meta Platforması yeni ixtisar mərhələsinə başlayıb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, şirkətin baş direktoru Mark Zukerberq işçilərlə görüşü zamanı işçilərin ixtisarı və strukturun yenidən qurulması ilə bağlı iqtisadi vəziyyətin uzun illər davam edə biləcəyini deyib.

İsveçrə Rusiyanın daha 50-100 milyard dollarlıq aktivini bloklaya bilər

İsveçrə Rusiyanın daha 50-100 milyard dollarlıq aktivlərini bloklaya bilər.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Berndəki səfiri Scott Miller, İsveçrənin Neue Zürcher Zeitung nəşrinə verdiyi müsahibədə bildirib,

“Hakimiyyət artıq Rusiyanın İsveçrə banklarındakı 7,5 milyard İsveçrə frankı məbləğində aktivlərini dondurub”, - diplomat xatırladıb.

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu başladı

Operativtv.com Az.shafafaqna.com-a istinadən xəbər verir ki, bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılır.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Həcc ziyarətinə getmək üçün Xarici pasport; Şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil; Sağlamlıq haqqında arayış tələb olunur.

İnterpolun saxladığı Azər Kazım azad edildi

İnterpol tərəfindən saxlanılan azərbaycanlı mühacir Azər Kazım bu gün məhkəmənin qərarı ilə azad edilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, ötən gün İsveçdən Norveçə gələn A. Kazım Osloda saxlanılıb. Sənəd yoxlaması zamanı məlum olub ki, A.Kazımın adı Azərbaycanın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında İnterpolda axtarılanlar siyahısındadır.

Türkiyəli məhbus aclıq aksiyasına başlayıb

Pentensiar Xidmətin 12 saylı Cəzaçəknı müəssisəsində çəza çəkən Türkiyə Cümhuriyyətinin vətəndaşı Avci Emrah Hüseyn oğlu aclıq aksiyasına başlayıb. Bu barədə azadliq.info-ya Türkiyədən məhkumun bacısı Gülbahar Avcı məlumat verib. “ Qardaşım Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan mərhumetmə cəzasına məhkum edilib. Hazırda 12 saylı Cəzaçəkmə müəsssisəsində cəza çəkir.