"Taxıl sazişinin uzadılması ilə bağlı müzakirələr davam edir" - BMT

Taxıl sazişinin uzadılması ilə bağlı müzakirələr bütün səviyyələrdə, o cümlədən BMT-nin Baş katibi Antonio Quterreş səviyyəsində davam edir. Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə brifinqdə BMT-nin Cenevrədəki baş qərargahının mətbuat katibi Alessandra Vellucci bildirib.

“Hazırda müzakirələr gedir. Sabah nə olacağı ilə bağlı spekulyasiya etmək fikrində deyilik "

BMT nümayəndəsi qeyd edib ki, təşkilatın baş katibi Antonio Quterreş baş katibin təşəbbüsü ilə sövdələşmənin uzadılmasına dair danışıqlarda birbaşa iştirak edir.

“BMT-də digər yüksək səviyyəli rəsmilər də var. Bu mühüm məsələdə hamı səfərbərdir”, - Velluçi bildirib.