17 January 2023

Əvəz Zeynallının xanımı jurnalistin səhhətinin pisləşdiyini bildirib

Operativtv.com Turana istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılan jurnalist Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranıb. Bu barədə Turan-a jurnalistin xanımı Məlahət Qisuri bildirib.

Yüksək qan təzyiqi və şəkərin yüksək olması kataraktanı ağırlaşdırıb və jurnalistin görmə qabiliyyəti xeyli zəifləyib. Hazırda təcili əməliyyata ehtiyacı var.

Yaxın Şərqdə ən böyük hərbi büdcəsi olan ölkələrin adı açıqlanıb

Yaxın Şərqdə ən böyük hərbi büdcəyə malik olan 11 ölkənın adı açıqlanıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Global Firepower” saytı yeni statistika açıqlayıb.

Mənbə bildirib ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə 46 milyard dollarla hərbi sahəyə ən çox pul ayıran dövlətdir.

Səudiyyəli alimin ailə üzvlərinin həbs müddəti uzadılıb

Səudiyyə Ərəbistanının məhkəmə orqanları Səudiyyə ruhanisi Şeyx Səfər əl-Həvalinin uşaqları və qardaşı da daxil olmaqla bəzi Əndişə məhbuslarının həbs müddətini daha on il uzadıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı məhkəməsi həmçinin Şeyx Səfər əl-Həvalinin qardaşı Şeyx Səid əl-Havalinin cəzasını 4 ildən 14 ilə qaldırıb.

“Zirə” II liqa klubuna məğlub olub

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” Macarıstanın II liqa təmsilçisi “Seqed-Çanad”la yoxlama görüşü keçirib.

Operativtv.com Reporta istinadən məlumatına görə, Bakı klubu günün ilk qarşılaşmasında rəqibinə 1:3 hesabı ilə məğlub olub.

“Zirə”nin yeganə qoluna 34-cü dəqiqədə Toni Qomes imza atıb. “Seqed-Çanad”ın heyətində 30-cu dəqiqədə Simon Adam, 45+5-ci dəqiqədə penaltidən Norbert Kundrat və 59-cu dəqiqədə Haruna Cammeh fərqləniblər.

Jurnalist Cəmil Məmmədliyə qarşı cinayət işi açılıb

Operativtv.com Turana istinadən xəbər verir ki, Xaçmaz rayonunda çalışan jurnalist-frilanser Cəmil Məmmədliyə qarşı cinayət işi açılıb. Bu barədə Turana Məmmədli özü bildirib.

Cinayət araşdırmasına dekabrın 15-də Xaçmazda Məmmədlinin olduğu avtomobilin digər avtomobillə toqquşması səbəb olub.

“Məsələ aydınlaşdırılan zamanı biz digər avtomobilin sürücüsü ilə nəzakətli davrandıq. Lakin o, davaya təhrik etdi və mən özümü müdafiə etməli oldum”, - Məmmədli deyib.

Separatçılar Qarabağda qaz təchizatının dayandırıldığını bildiriblər

Operativtv.com Turana istinadən xəbər verir ki, yanvarın 17-də saat 13:00-da Qarabağda qaz təchizatı yenidən dayandırılıb. Bu barədə çərşənbə axşamı Ermənistan KİV bildirib. Erməni tərəfi bunda Azərbaycanı günahlandırıb.

Bu, son həftələrdə ikinci belə haldır. Dekabrın 13-də qaz verilməsi dayandırılıb, dekabrın 15-də isə bərpa edilib. Qarabağa qaz Ermənistan ərazisindən daxil olur və Bakı baş verənlərdə əli olduğunu inkar edir.

Pakistan Hindistanı dialoqa çağırdı

Pakistan Baş naziri Şahbaz Şərif hindistanlı həmkarı Narendra Modini fikir ayrılıqlarının yoluna qoyulması, o cümlədən də Kəşmir məsələsi üzrə problemlərin həlli məqsədilə “ciddi və səmimi dialoqa” səsləyib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Şərif Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İslamabadla Nyu-Dehli arasında dialoqun qurulmasında əhəmiyyətli rol oynaya biləcəyini də istisna etməyib.

BMT-də 90 ölkə İsrailin fələstinlilərə qarşı sanksiyalarından "dərin narahatlığını" ifadə edib

Ötən ayın 30-da BMT-də İsrailə qarşı qəbul edilmiş bəyanatdan sonra yenidən bu qurumun 90-dan çox üzv ölkəsi İsrailin fələstinlilərə qarşı sanksiyalarından “dərin narahatlığını” ifadə edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, BMT-də 90 ölkə İsrailin Fələstin Muxtariyyətinə qarşı sanksiyalarını qınayıb.

Azərbaycan və Tunis neft tədarükü və “yaşıl enerji” ilə bağlı əməkdaşlığı müzakirə edib

Azərbaycan və Tunis arasında xam neftin tədarükü və bərpa olunan enerji ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərində Tunisin sənaye, mədən və energetika naziri Neila Nouira Gongi ilə görüşündə bildirilib.

Vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı

Dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb.

Xocavənd rayon prokurorluğundan Unikala verilən məlumata görə, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı PHŞ-nin vəzifəli şəxslərinin 2020-2022-ci illlər ərzində xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Ombudsmanın nümayəndələri Tofiq Yaqubluya baş çəkib

Ombudsmanın Millli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzində yanvarın 16-da yeməkdən imtina etməsi ilə bağlı həmin mərkəzdən Ə. Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürülmüş Tofiq Yaqubluya baş çəkib. Nəlumatı Operativtv.com Amerikanın Səsinə istinadən yayıb.

Din-dövlət münasibətləri: Problemlər və həlli (3-cü hissə-son)

Qapanan dini ocaqlarda təhsili yarım qalmış tələbələri xarici ölkələrə, bu gün “idioloji təsirlərə düşəcək” məktəblərə çox sürətlə çəkib apardı. Hakimiyyətin din-dövlət münasibətlərini düzgün qura bilməməsi, ölkədə yerli təhsil sisteminin qapadılması sonradan Suriya, İraq, İran, Misir, Türkiyə, Səudiyyə və sair dövlətlərdən bu ölkələrə məxsus siyasi düşüncələrin ölkəmizə ixracına rəvac verdi.

Almaniyadan ekstradisiya olunan fəal 6 il müddətinə həbs olunub

Operativtv.com Turana istinadən xəbər verir ki, yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan müxalifətçi fəal Cəfər Mirzəyev barəsində hökm çıxarıb.

Prokuror məhkəmədən onu 7,5 il müddətinə azadlıqdan məhrum etməyi istəmişdi. Vəkil Nemət Kərimli yekun çıxışında fəala bəraət verməyi xahiş edib, onun əsassız həbs edildiyini və məhkəmədə Mİrzəyevin təqsirinin sübuta yetirilmədiyini bildirib.

Yəmənə qarşı İqtisadi Müharibə ABŞ və Böyük Britaniyanın himayəsi altında davam edir

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Oman nümayəndə heyəti ilə məsləhətləşmələrin nəticələri və son siyasi hadisələri nəzərdən keçirmək üçün bir araya gələn bəzi Yəmən rəsmiləri ABŞ və İngiltərənin Yəmən xalqına qarşı iqtisadi müharibə apardığını vurğulayıblar.