İranda neft yataqlarının fotosunu çəkən Almaniya vətəndaşı həbs edilib

İranın Xuzestan əyalətində Almaniya vətəndaşı həbs olunub.

Operativtv.com APA-nın Tehran bürosuna istinadən məlumatına görə, İranın Xuzestan əyalətinin Ümidiyyə və Ağa Cərimə neft yataqlarında foto çəkən Almaniya vətəndaşı həbs edilib.

Onun həbsi ilə bağlı ətraflı məlumat verilməyib və qeyd olunub ki, əlavə məlumat daha sonra açıqlanacaq.