İran XİN başçısı: Tehran Ukraynadakı müharibəyə qarşıdır

İran İslam Respublikasının Ukrayna ilə bağlı mövqeyi bəllidir, Tehran müharibəyə qarşıdır.

Operativtv.com APA-nın İstanbul müxbirinə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı bildirib.

O, Qərb dövlətlərinin Ukraynadakı müharibə vasitəsilə İranı günahlandırma səylərini rədd etdiyini bildirib.

Bundan əlavə, Əmir Abdullahiyan əlavə edib ki, İran Suriya-Türkiyə münasibətlərində dəyişikliyin olmasından məmnundur. Onun sözlərinə görə, ölkəsi bu prosesin region üçün müsbət nəticə verəcəyinə inanır.