BMT-də 90 ölkə İsrailin fələstinlilərə qarşı sanksiyalarından "dərin narahatlığını" ifadə edib

Ötən ayın 30-da BMT-də İsrailə qarşı qəbul edilmiş bəyanatdan sonra yenidən bu qurumun 90-dan çox üzv ölkəsi İsrailin fələstinlilərə qarşı sanksiyalarından “dərin narahatlığını” ifadə edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, BMT-də 90 ölkə İsrailin Fələstin Muxtariyyətinə qarşı sanksiyalarını qınayıb.

Bəynatı imzalayan dövlətlər Birləşmiş Millətlər Təşkilatında qəbul edilən qərara münasibətlərindən asılı olmayaraq, İsraili fələstinlilərə qarşı addım və tədbirlərini ləğv etməyə çağırıblar.

Qeyd edək ki, Ötən il dekabrın 30-da Baş Assambleya İsrailin qəti şəkildə etiraz etdiyi qətnaməyə səs verib. Burada 87 ölkə Beynəlxalq Məhkəmədən İsrailin (işğal etdiyi) İordan çayının qərb sahilindəki addımlarını araşdırmağa və ona hüququ qiymət verməyə çağırıb.

Bundan sonra İsrail Fələstin Muxtariyyətinə, xüsusilə də onun maliyyə sisteminə sanksiyalar tətbiq edib.