Yaxın Şərqdə ən böyük hərbi büdcəsi olan ölkələrin adı açıqlanıb

Yaxın Şərqdə ən böyük hərbi büdcəyə malik olan 11 ölkənın adı açıqlanıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Global Firepower” saytı yeni statistika açıqlayıb.

Mənbə bildirib ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə 46 milyard dollarla hərbi sahəyə ən çox pul ayıran dövlətdir.

“Global Firepower” saytı mövzu ilə bağlı siyahısını belə tərtib edib:

Səudiyyə Ərəbistanı: 46 milyard dollar

BƏƏ: 25,26 milyard dollar

Türkiyə: 25,2 milyard dollar

İsrail: 24,3 milyard dollar

Əlcəzair: 9 milyard dollar

Oman Sultanlığı: 8,3 milyard dollar

Küveyt: 8,1 milyard dollar

Qətər: 5,8 milyard dollar

İraq: 5,7 milyard dollar

İran: 5,5 milyard dollar

Misir: 4.3 milyard dollar