08 January 2023

İsrail yeni sammit keçirmək istəyir

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Təl-Əviv ərəb ölkələri ilə yeni görüş təşkil etməyə çalışır. İsrail mediası bu rejimin Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin gələn həftə Məğribin ev sahibliyi etdiyi Nəkab zirvəsinə (Nəcəf səhrasına) yeni tur təşkil etmək üçün ərəb ölkələrinə səfər edəcəyini bildirib.

Xalqların Demokratiya Partiyası 2023-cü il seçkilərində öz prezidentliyə namizədini irəli sürəcək

Xalqların Demokratiya Partiyası (XDP) həmsədri Pərvin Buldan “XDP olaraq prezidentliyə namizədimizi ən qısa zamanda Türkiyə xalqları ilə paylaşacağıq” - deyib. Partiyanın Qarsda şadlıq sarayında keçirilən qurultaya qatılan Buldan seçkilər yaxınlaşdıqca xalqla görüşlər, qurultaylar və seçki işləri apardıqlarını bildirib. Qurultayların ictimaiyyətlə bir araya gəlmə fürsəti olduğunu vurğulayan Buldan, hər kəsin səbirsizliklə gözlədiyi prezidentliyə namizədin kim olacağı məsələsinin gündəmdə olduğuna diqqət çəkib.

Minlərlə israilli Təl-Əvivdə Netanyahunun ifrat sağçı hökumətinə qarşı etiraz aksiyası keçirib

İsrailin paytaxtı Təl-Əvivdə minlərlə insan baş nazir Benyamin Netanyahu hökumətinin “məhkəmə sistemini zəiflətmək” cəhdlərinə və ifrat sağçı siyasətlərə etiraz etmək üçün toplaşıb. Şəhərin mərkəzindəki Həbimə meydanında toplaşan israillilər Netanyahu hökumətinin məhkəmə sisteminin, xüsusilə də Ali Məhkəmənin səlahiyyətlərini azaltmaq planına, ifrat sağçı və ultra-dindar hökumət tərəfdaşlarının siyasətlərinə qarşı nümayiş keçiriblər.

Türkiyə Ermənistana yük daşınmasına qoyulan qadağanı aradan qaldırıb

Türkiyə Ermənistana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırıb.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, yeni qərar yanvarın 1-dən qüvvəyə minib.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, yükdaşımaların yaradılması Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında iyul görüşündə əldə olunan razılaşmalardan biridir.

“Səbail” “Legiya”ya qarşı

“Səbail” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxacaq.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Plşa “Legiya”sı (Varşava) ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 17:00-da başlayacaq.

Bu, komandaya yeni baş məşqçi təyin edilən Şahin Diniyev üçün qeyri-rəsmi də olsa, debüt matçı olacaq.

İranda ruhanilərin Fransaya etirazı

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Fransanın “Charlie Hebdo” jurnalında İran İslam İnqilabının rəhbərinə qarşı hörmətsizlik edilməsinə etiraz əlaməti olaraq İranın Qum şəhərində aksiya keçirilib.

Shafaqna Farsi-nin məlumatına görə, dini hövzələrin tələbələri, din xadimləri və bir qrup Qum əhalisi Həzrət Məsumənin (s.ə.) hərəminə toplaşaraq fransız nəşrinin təhqirinə etiraz ediblər.Aksiyada Ayətullah Seyid Əhməd Xatəmi çıxış edib.

Ermənistanda Rusiya hərbi bazası qarşısında aksiya keçirilir

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında Rusiya əleyhinə aksiya keçirilir.

Operativtv.com APA-ya istinadən verdiyi xəbərə görə, Laçın dəhlizində yaranmış vəziyyətə görə sülhməramlıları ittiham edən aksiyaçıların məqsəd Rusiya hərbi bazasını mühasirəyə almaqdır.

"Real Madrid"in tarixində ilk

La Liqanın 16-cı turu çərçivəsində "Vilyarreal" klubu ilə oyun "Real Madrid"in tarixində ilklə yadda qalıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, komanda bu görüşə start heyətində ispaniyalı futbolçu olmadan çıxıb. Belə hal isə klub tarixində ilkdir.

Görüş "Vilyarreal"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Fransa etirazlarla mübarizə aparır

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə sarı jiletlilər hökumətin pensiya islahatlarına və inflyasiyaya etiraz ediblər. Fransa mətbuatında yer alan xəbərə görə, sarı jiletlilər Paris, Strasburq və Anje şəhərlərində hökumətin 10 yanvarda məzmununu açıqlayacağı pensiya islahatına, yüksələn enerji qiymətlərinə və inflyasiyaya qarşı nümayiş keçirib. Parisin Breteuil küçəsində toplaşan nümayişçilər İqtisadiyyat Nazirliyinin binası yaxınlığında yürüş ediblər.

Əl-Əhbar: Səudiyyə Ərəbistanı Ənsarullahın şərtlərini qəbul edir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Livanın əl-Əhbar qəzeti Səna mənbələrindən Yəmənin Ənsarullah Hərəkatının təhdid və xəbərdarlıqlarından sonra Səudiyyə Ərəbistanının Səna hökuməti tərəfindən irəli sürülən 4 tələbini qəbul etdiyini iddia edib. Yəmən hökuməti və Ənsarullah Hərəkatının təhdid və xəbərdarlıqlarından sonra Səudiyyə vəliəhdi Məhəmməd bin Salman deyib: “Yəmən sizindir, lakin bizə heç bir əməliyyat və hücum olmayacağı, eyni halda Səudiyyə qüvvələrinin Yəməndən çıxacağına dair təhlükəsizlik zəmanəti verin”.

Avrozonada inflyasiya azalmaqda davam edir: İllik inflyasiya birrəqəmliyə düşüb

Avro Bölgəsində İstehlak Qiymətləri İndeksi (CPI) 2022-ci ilin dekabrında aylıq bazda yüzdə 0,3 azalarkən, illik bazda yüzdə 9,2 olub. Bazar gözləntiləri illik inflyasiyanın 9,7 olacağı idi. Avropa Statistika İdarəsi (Eurostat) 2022-ci ilin dekabr ayı üçün Avrozona üzrə aparıcı inflyasiya məlumatlarını açıqlayıb. Buna görə Avro Bölgəsində noyabrda yüzdə 10,1 olan illik inflyasiya dekabrda yüzdə 9,2-yə geriləyib. Avro Bölgəsində TÜFE dekabr ayında bir əvvəlki ayla müqayisədə yüzdə 0,3 azalıb.

Minlərlə Britaniya vətəndaşı Brexit-dən sonra Aİ-ni tərk etməyi xahiş edib

İngiltərənin Avropa İttifaqından (Brexit) ayrılmasından və sərbəst hərəkət hüququnun itirilməsindən sonrakı iki il ərzində Birlikdə yaşayan minlərlə Britaniya vətəndaşından ölkələrini tərk etmələri istənilib. Aİ-nin statistika ofisi Eurostat tərəfindən dərc edilən məlumatlar göstərir ki, 2020-ci ilin sentyabrından 2022-ci ilin sentyabrına qədər təxminən 2250 Böyük Britaniya vətəndaşı Aİ ölkələrini tərk etmək qərarına gəlib.

Yevlaxda keçmiş polis serjantı qətlə yetirilib

Yevlaxda keçmiş polis əməkdaşı öldürülüb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.