Əl-Əhbar: Səudiyyə Ərəbistanı Ənsarullahın şərtlərini qəbul edir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Livanın əl-Əhbar qəzeti Səna mənbələrindən Yəmənin Ənsarullah Hərəkatının təhdid və xəbərdarlıqlarından sonra Səudiyyə Ərəbistanının Səna hökuməti tərəfindən irəli sürülən 4 tələbini qəbul etdiyini iddia edib. Yəmən hökuməti və Ənsarullah Hərəkatının təhdid və xəbərdarlıqlarından sonra Səudiyyə vəliəhdi Məhəmməd bin Salman deyib: “Yəmən sizindir, lakin bizə heç bir əməliyyat və hücum olmayacağı, eyni halda Səudiyyə qüvvələrinin Yəməndən çıxacağına dair təhlükəsizlik zəmanəti verin”.

Əl-Əhbar qəzeti Sənadan xəbər verir: “Yəmən inqilabının lideri Əbdülməlik əl-Hutinin aydın mesajları ilə eyni vaxtda tam hazırlıq üçün müvafiq hərbi qüvvələrə lazımi göstərişlər verilib. Bu hazırlıq çərçivəsində müəyyən düşünülmüş addımlar atılıb ki, düşmənin onların ciddi olduğunu, boş hədə-qorxu gəlmədiyini görüb başa düşsünlər.

Əgər bu dəfə Milli Qurtuluş Hökumətinin humanitar tələblərinə qaneedici cavab verilməsə və nəticədə məsələlər gərginləşərsə, o zaman müharibə unikal olacaq və Qırmızı dəniz, Bab əl Mandep boğazı, Səudiyyə Ərəbistanı Milli Neft Şirkəti daxil olmaqla bütün yataqlar (Aramco) və Birləşmiş Ərəb Əmirliklərinin ərazisinin dərinlikləri və arenaları təhlükə altına düşəcək. Ənsarullah, vaxtın daralması səbəbindən artıq qeyri-müəyyən müddətdə həll gözləməyəcəyini və bu səbəbdən xüsusi addım atıldığını vurğulayıb. Bu addımlar tətiyi çəkməzdən əvvəl son hazırlıq kimi görünə bilər və bunlar:

- Zəruri hərbi hazırlığın başa çatması

- Ənsarullahın siyasi liderlərinin açıqladığı həlledici siyasi mövqe

- Yəmən Ali Siyasi Şurasının sədri və Yəmən Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mehdi əl-Mişatın döyüş cəbhələrinə səfəri

- Cümə günü Yəmənin paytaxtı və digər əyalətlərdə “Yəmənin mühasirəsi müharibədir” başlığı ilə kütləvi nümayişlər keçirilib. Bu nümayiş Səna ilə işğalçı Səudiyyə koalisiyası arasında gələcək hər hansı münaqişə və hərbi gərginliyə hüquqi və populist bir görünüş verir.”

“Əl-Əhbar” qəzeti Səudiyyə Ərəbistanının enerji sahəsindəki strategiyasına işarə edərək yazıb: “Səudların bu sahədə elan etdikləri strategiyanı həyata keçirmələri üçün böyük maneədir və onlar Səna ilə bağlı rahatlıq istəyirlər. Yəmənin Milli Qurtuluş Hökumətinin Ər-Riyaddan dörd əsas tələbi olub və səudiyyəlilər ilk dəfə olaraq bu dörd tələbi təsdiqlədiklərini açıqlayıblar. Bu şərtlər Yəməndəki mühasirənin aradan qaldırılması, bu ölkənin daxili işlərinə qarışmamaq, təzminatların ödənilməsi və xarici qüvvələrin Yəməndən çıxmasıdır.

Səudiyyə Ərəbistanı Yəmənin Səudiyyə Ərəbistanına və onun təhlükəsizliyinə təhdid yaratmayacağına dair zəmanət tələb edib. Səudiyyə Ərəbistanı həmçinin İran və Oman qarşısında zəmanət məsələsini gündəmə gətirib və Ənsarullah bəyan edib ki, Səudiyyə Ərəbistanı Yəmənlə bağlı danışıqların nəticələrinə sadiq qalacağı təqdirdə Ər-Riyad təhlükəsizlik problemlərini həll etməyə hazırdır.”