“Səbail” “Legiya”ya qarşı

“Səbail” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxacaq.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Plşa “Legiya”sı (Varşava) ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 17:00-da başlayacaq.

Bu, komandaya yeni baş məşqçi təyin edilən Şahin Diniyev üçün qeyri-rəsmi də olsa, debüt matçı olacaq.

Qeyd edək ki, “Səbail” hazırlıq prosesi zamanı daha 2 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.