Ermənistanda Rusiya hərbi bazası qarşısında aksiya keçirilir

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında Rusiya əleyhinə aksiya keçirilir.

Operativtv.com APA-ya istinadən verdiyi xəbərə görə, Laçın dəhlizində yaranmış vəziyyətə görə sülhməramlıları ittiham edən aksiyaçıların məqsəd Rusiya hərbi bazasını mühasirəyə almaqdır.

Aksiyaçılar Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə şüarlar səsləndirirlər.

Polis hərbi bazaya gedən yolu bağlayıb. Saxlanılanlar var.