Türkiyə Ermənistana yük daşınmasına qoyulan qadağanı aradan qaldırıb

Türkiyə Ermənistana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırıb.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, yeni qərar yanvarın 1-dən qüvvəyə minib.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, yükdaşımaların yaradılması Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında iyul görüşündə əldə olunan razılaşmalardan biridir.

"Biz gözləyirik ki, üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarının təmin edilməsinə dair növbəti saziş də mümkün qədər tez həyata keçiriləcək", - məlumatda qeyd olunub.

Sözügedən qadağa hələ 90-cı illərdə Qarabağ münaqişəsi ilə bağlı Ankara tərəfindən qoyulmuşdu. Eyni zamanda iki ölkə arasında quru sərhədi də bağlanmışdı.