Azərbaycanda axtarışda olan Orxan Məmmədov, Tohid İbrahimbəyli İran İslam respublikasında saxlanılıb

Artıq uzun zamandır ki, İran İslam Respublikasında yaşayan və “Hüseyniyyun” təşkilatının üzvləri ilahiyyatçılar Orxan Məmmədov və Tohid İbrahimbəyli İranın Qum şəhərində saxlanılıb. Onların hansı səbəbdən saxlanımaları barəsində rəsmi məlumat olmasa da, İrandan yayımlanan bir çox etibarlı xəbər kanalları hər iki şəxsin saxlanılma səbəbini Azərbaycanın Beynəlxalq Axtarışa müraciəti əsasında gerçəkləşdiyi bildirilir. Azərbaycan hakimiyyəti sosial media üzərindən ardıcıl çıxışlar edərək Azərbaycanda hakimiyyəti sərt təhqid edən bu şəxslərin son dövrlər dövlət müstəqilliyinə təhdid olaraq Azərbaycanda “Kərimə Dövlət” qurmaq kimi iddialarından narahatlıq ifadə edib. Axtarışın da məhz müstəqillik, suverenlik və ərazi bütövlüyünə təhdidlə bağlı olduğu bildirilir.

Mövzu ilə bağlı “Huseyniyyun” təşkilatının digər üzvü Əkrəm Hacızadə məsələyə aydınlıq gətirərək bildirib ki, saxlanılanların həbs və ya deport olunması mövzu belə ola bilməz. Hal-hazırkı vəziyyətdə qeyd olunan şəxslərin saxlanılması Azərbaycanın Beynəlxalq Axtarışa müraciəti əsasındadır. Vəziyyətin aydnlaşacağı, Orxan və Tohidin günahsızlığı isbat olunduqdan sonra onların azad olunacağı onun yaydığı bəyanatda əksini tapıb. O, İran mediasının bu brədə məlumat paylaşmamasını da işin araşdırma mərhələsində, masa üzərində olması ilə əsaslandırıb.

Xatırladaq ki, Tohid İbrahimbəyli və Orxan Məmmədov uzun illərdir ki, İran İslam Respublikasında yaşayırlar. Son dövrlər onlar vertual media üzərindən tez-tez çıxışlar və çağırışlar edərək Azərbaycanda “Kərimə Dövləti” qurmaq iddiası ediblər. Bu isə Azərbaycan dövlətində haqlı narahatlıqlar doğurub. Son aylarda həbs olunan bir çox inanclıların da məhz “Kərimə Dövlət” qurma ittihamı ilə saxlanılması məsələnin nə qədər ciddi hal aldığına nümunədir.