Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, 1992-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib
"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb
Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini elan etdiyi dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamədə, eləcə də Konstitusiya Aktında dövlət dili məsələsinə toxunulmur
1992-ci ildə Prezident seçilmiş Əbülfəz Elçibəy 1992-ci ilin dekabrın 22-də Azərbaycan Respublikasında dövlət dili haqqında Qanunu imzalayır. Qanunda yazılıb: “Azərbaycan Respublikasının dövlət dili türk dilidir
1993-cü ildə Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi və Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra dövlət dilinin adının Azərbaycan dili olmasına qərar verilib
Azərbaycanın ilk Konstitusiyası isə 1995-ci ildə referendumla qəbul edilir və orada yazılıb: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.”
Beləliklə, 1995-ci ilə qədər müstəqil Azərbaycanın konstitusiyası olmayıb. Həmin tarixə qədər qəbul edilən sənədlərdə (dövlət dili haqqında qanun) yalnız “türk dili” ifadəsinə rast gəlmək olur
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Tənzilə Rüstəmxanlının iddiası yanlışdır.
Azərbaycan, yoxsa Türk dili?