Ayətullah Seyid Əli Xamenei Tehranda səfərdə olan Oman soltanı Heysəm bin Tariqi qəbul edib

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Tehranda səfərdə olan Oman soltanı Heysəm bin Tariqi qəbul edib.
Operativtv.com Maide.Az-a istinadən xəbər verir ki, görüşdə Ali Rəhbər İran və Oman arasındakı əlaqələri çoxillik və köklü adlandırıb və bildirib ki, biz iki ölkə arasında əlaqələrin bütün sahələrdə genişləndirilməsinin hər iki tərəf üçün faydalı olduğuna inanırıq.
Ayətullah Xamenei İran və Oman tərəfləri arasında aparılan danışıqlara toxunaraq qeyd edib ki, vacib olan odur ki, bu danışıqlar nəzərəçarpacaq nəticələrə çatana qədər ciddi şəkildə izlənilməli və sonda əlaqələr genişləndirilməlidir.
Ali Rəhbər həmçinin sionist rejimin bölgədə mövcudluğunun təhlükəsinə toxunub. " Sionist rejim və onun havadarlarının siyasəti regionda ixtilaf yaratmaq və sülhün olmamasıdır, ona görə də bütün region ölkələri bu məsələyə diqqət yetirməlidir."
Ali Rəhbər qeyd edib ki, Oman və İran arasında əməkdaşlığın artırılması əhəmiyyət kəsb edir; çünki iki ölkə Hörmüz boğazının çox mühüm su yolunu paylaşır.
Ayətullah Xamenei Oman soltanının Misirin İran İslam Respublikası ilə əlaqələri bərpa etmək istəyilə bağlı açıqlamasına toxunaraq vurğulayıb: "Biz bu mövqeyi alqışlayırıq və bu baxımdan, heç bir problemimiz yoxdur."
Ayətullah Xamenei Oman soltanının İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpasından məmnun olması ilə bağlı açıqlamasına münasibətində bildirib ki, bu məsələlər prezident Rəisi hökumətinin qonşular və region ölkələri ilə əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində apardığı yaxşı siyasətin nəticəsidir.
Ali Rəhbər müsəlman hökumətlər arasında əlaqələrin genişlənməsi ilə İslam ümmətinin yenidən öz şöhrətini qazanacağına və İslam ölkələrinin imkanlarının bütün İslam xalqları, ölkələri və dövlətləri üçün faydalı olacağına ümid etdiyini bildirib.