Bütün ölkələrin vahid saat rejimində qalması üçün hazırlanan layihə qəbul olunub
Avropa Parlamentində Avropa Birliyinə üzv ölkələrin "Tək saat rejimi"nə keçirilməsi ilə bağlı layihəni imzalanıb. Türkiyə mediasının xəbərinə görə, layihə 23 səs leyhinə, 11 səs isə əleyhinə olmaqla qəbul olunub.
Yaz və qış saatlarına keçilməsinə son qoyulacaq
Bütün ölkələrin vahid saat rejimində qalması üçün hazırlanan layihə qəbul olunub
Avropa Parlamentində Avropa Birliyinə üzv ölkələrin "Tək saat rejimi"nə keçirilməsi ilə bağlı layihəni imzalanıb. Türkiyə mediasının xəbərinə görə, layihə 23 səs leyhinə, 11 səs isə əleyhinə olmaqla qəbul olunub.
Layihənin qanuni şəkildə qüvvəyə minməsi üçün Avropa Şurası Parlament Assambleyasının və üzv ölkələrin də səsverməsinin vacib olduğu vurğulanıb.
Qeyd edək ki, Avropa Birliyinə (AB) üzv ölkələrdə hər ilin martın son bazar günündə saatlar 1 saat önə, oktyabrın son bazar günündə isə 1 saat geriyə çəkilir.
Xatırladaq ki, ötən il AB-yə üzv ölkələrin yaz və qış saatı ilə bağlı təşkil etdiyi sorğuda iştirak edən 4.6 milyonun 84 faizi tək saat rejimində qalmanın tərəfdarı olduqlarını qeyd etmişdilər.
Oxşar xəbərlər