Səudiyyə rejimi Uhud dağını viran edir!

Səudiyyə Ərəbistanı rəsmiləri müsəlmanları qəzəbləndirən bir təşəbbüslə Mədinədə Uhud dağının mərkəzində tibbi turizm rezidensiya layihəsinə başladıqlarını açıqlayıb.

Operativtv.com SHAFAQNA TURKEY – ə istinadən xəbər verir ki, “Azadlığa doğru” hesabı Twitter-də Uhud dağının buldozerlə dağıdılmasının təsirlərini göstərən video yerləşdirib. Bu videoda virtual istifadəçi Ali Səud kral sarayı ilə əlaqəli şəxslərə istinad edərək Uhud dağının sökülməsi və reabilitasiya mərkəzinə çevrilməsi layihəsini açıqlayıb.

Səudiyyə Ərəbistanının digər bölgələrində yüzlərlə kilometr geniş və boş məkanın olmasına baxmayaraq, belə bir layihə üçün Uhud dağının seçilməsi bu hərəkətin arxasında çoxlu problemləri, o cümlədən İslam tarixi abidələrinin dağıdılması istiqamətində atılan addımı nümayiş etdirir. Müsəlmanlar üçün İslam simvolu olan Uhud dağı Peyğəmbərimizin (s) səhabələrindən olan 70 şəhidin məzarının olduğu hesab edilir.

Bu yeni layihə Səudiyyə rəsmiləri tərəfindən elan edildikdə, Səudiyyə Ərəbistanının daxilində və xaricində hər bir müsəlmanın qəzəb dalğasına səbəb oldu. Bəzi etirazçılar Məhəmməd bin Salmanın Mədinədə Uhud dağının mərkəzində tibbi reabilitasiya müəssisəsi tikmək layihəsinin səbəbini sual altına alıblar. Sual olunur ki, bu obyekti tikmək üçün niyə bu yer seçilib? Bununla bağlı çoxlu fikirlər var və bəziləri bunu İslam abidələri ilə əlaqəli dağa qarşı qəsdən düşmənçilik aktı kimi qiymətləndirir. Bəziləri inanır ki, Əl Səud müsəlmanların tarixi və müqəddəsliyi ilə bağlı İslam əsərlərini məhv etmək üçün çox çalışıb və Bin Salman bu dağın fiziki olaraq götürülməsinə çalışıb.