Rusiyadan Ermənistana qaz tədarükü vaxtından əvvəl bərpa edilib

Rusiyanın Ermənistana qaz tədarükü bu gün bərpa edilib.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" şirkətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, təmir işləri planlaşdırılmış vaxtdan tez başa çatıb.

Qaz təchizatı Stavropol diyarında "Şimali Qafqaz – Zaqafqaziya" magistral qaz kəmərində təmir işləri ilə əlaqədar sentyabrın 15-dən müvəqqəti dayandırılmışdı.

Ermənistanda istehlakçılar daxili ehtiyatlar və İrandan daxil olan əlavə yanacaq həcmləri hesabına qazla fasiləsiz olaraq təchiz edilib.