Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaranın İstanbula gözlənilməz səfəri ABŞ və Aİ-nin Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarından sonra baş verib.
Prezident Rəcəb Tayyib Ərdoğan şənbə günü İstanbulda Suriyanın müvəqqəti lideri Əhməd əl-Şara ilə görüşüb.
Dolmabağça İş Ofisində keçirilən görüşdə MİT-in direktoru İbrahim Kalın, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Suriyanın xarici işlər naziri Esad Həsən Şeybani iştirak edib.

Prezident Ərdoğan, AB və ABŞ-ın sanksiyaları ləğv etmə qərarının Türkiyə tərəfindən müsbət qarşılandığını, Suriyanın ərazi bütövlüyünün qorunmasının, ölkə və ordunun vahid mərkəzdən idarə olunmasının vacibliyini vurğulayıb.
Suriya liderinin Ərdoğana “kritik dəstəyi və sanksiyaların aradan qaldırılmasında göstərdiyi səylərə görə” təşəkkür etdiyi bildirilir.
Yanvarın 29-da Suriyada müvəqqəti administrasiyanın rəhbəri elan edilən Əl-Şara prezident Ərdoğanın dəvəti ilə ilk səfərini fevral ayında Türkiyəyə edib.
Türkiyənin təqdim etdiyi təyyarə ilə Ankaraya gələn Suriyanın müvəqqəti lideri çıxışında Türkiyə ilə münasibətlərini “dərin strateji əməkdaşlığa” çevirmək istədiklərini vurğulayıb.
Tramp-Şara görüşü
ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriyanın müvəqqəti lideri Şaraa ilə görüşüb. Görüş ABŞ-ın Suriyanın yeni hökumətinə qarşı bütün sanksiyaları ləğv edəcəyi ilə bağlı gözlənilməz açıqlamasından sonra keçirilib.
Trampın Suriyaya qarşı sanksiyaları qəfil ləğv etmək qərarı uzun müddətdir Brüsseldə işlənən yol xəritəsini sürətləndirib. Avropa İttifaqı mayın 20-də Suriyaya qarşı bütün qalan iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib.
Administrasiyasındakı bəzi dairələrin Suriya liderlərinin Əl-Qaidə ilə keçmiş əlaqələri ilə bağlı narahatlıqlarına baxmayaraq baş tutan görüşdə Tramp Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayaraq əhəmiyyətli siyasət dəyişikliyi edib. Prezident Ərdoğan da Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Trampla birlikdə bu görüşə onlayn olaraq qatılıb.
Trampın sanksiyaları ləğv etmək qərarı dekabrda Suriyanın keçmiş prezidenti Bəşər Əsədi devirmiş Şaraa üçün böyük diplomatik qazanc kimi qiymətləndirilir. Lakin mart ayında yüzlərlə mülki ələvilərin öldürülməsi kimi hadisələr ölkənin hələ də nə qədər kövrək olduğunu ortaya qoyub. Bu hücumlar ABŞ tərəfindən də sərt şəkildə pislənilib.
Şəra illərdir Suriyadakı rəsmi Əl-Qaidə qoluna rəhbərlik edib. O, ilk olaraq İraqda təşkilata qoşulub və beş ili ABŞ həbsxanalarında keçirib. Daha sonra Şəra Suriyada İraq və Suriya İslam Dövləti (İŞİD) ilə əlaqəli Əl Nusra təşkilatını təsis edib. Daha sonra o, İŞİD-dən ayrıldığını və “Həyat Təhrir əl-Şam” (HTŞ) təşkilatını qurduğunu açıqlayıb. Bu təşkilat hələ də bir çox ölkələr tərəfindən “terrorçu” təşkilat kimi tanınır. Lakin təşkilat Əsədin devrəndən sonra hər şey yavaş-yavaş dəyişməyə başlayıb. ABŞ dekabr ayında Şəraanın başına qoyduğu 10 milyon dollarlıq mükafatı da qaldırıb.
Ərdoğan İstanbulda Suriyanın müvəqqəti başçısı Əl-Şara ilə görüşüb