Əlcəzair Qəzzaya yardımın çatdırılmasına qoyulan məhdudiyyətlərin ləğvi üçün qətnamə layihəsi hazırlayıb

Əlcəzair BMT Təhlükəsizlik Şurasında Qəzza zolağına humanitar yardımın çatdırılmasına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması tələbini özündə əks etdirən yeni Yaxın Şərq qətnamə layihəsi hazırlayıb və sənədə səsvermə mayın 28-də keçiriləcək.

Bu barədə İsrailin BMT-dəki daimi nümayəndəliyindən məlumat verilib.

“Qətnamə layihəsi nə HƏMAS-ı, nə də onun iştirakı ilə 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirilən terror aktını qeyd etmədən Qəzzaya humanitar yardımın çatdırılmasına qoyulan bütün məhdudiyyətlərin götürülməsini, məhbusların azad edilməsini və İsrail qoşunlarının Qəzzadan tamamilə çıxarılmasını tələb edir”, - məlumatda deyilir.