Qəzzalılar Sinay səhrasına sürgün ediləcəkmi?

İsrail rejiminin Baş Nazirlik Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, İsrail ordusunun dünən gecə saatlarında Hərbi Nazirlər Kabinetinə plan təqdim etdiyi bildirilib.

Açıqlamada, "İsrail ordusu Qəzza zolağında münaqişə bölgələrindən insanların təxliyyə edilməsini və qarşıdan gələn əməliyyat planını Döyüş Nazirlər Kabinetinə təqdim edib" deyilir.

Bölgənin adı verilməsə də, İsrail mətbuatı bunun Rəfaha hücum etmək və oraya sığınan fələstinliləri “evakuasiya etmək” məqsədi daşıyan bir plan olduğunu yazıb.

Bəyanatda həmçinin qeyd olunub ki, Hərbi Nazirlər Kabineti “Qəzza zolağına humanitar yardımın göstərilməsi planını” təsdiqləyib.

Fevralın 9-da İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusundan məcburi köçkün fələstinlilərin sığındığı Rəfah şəhərinin boşaldılması üçün plan hazırlamağı və bu əraziyə hücum edərək Müharibə Nazirlər Kabinetinə təqdim etməyi xahiş edib.