Ədliyyə Nazirliyinin Penitensiar Xidmət müəssisələrində tibbi baş idarələrinə bağlı Tibb-Sanitar-Hissə (TSH) mövcuddur. Vəsifəsi Penitensiar müəssisələrdə olan məhkumların sağlamlıqlarının qorunması, ehtiyac yarandıqda daha ixtisaslı tibb müəssisələrinə köçürməni təmin etməkdir.
Lakin təəssüf ki, bütün bunlar baş vermədən məhbuslar müəssisələrdə baxımsızlıq qurbanı olaraq hətta həyatlarını belə itirirlər. Bir müddət öncə İran vətəndaşı olan Bahadur Cahanşahi 2 saylı cəzaçəkmə müəssisəsində yerləşən TSH-yə müraciət edərək baş həkim Səddam Hüseynliyə kəskin ağrılarından şikayət edib.
TSH-nin baş həkimi Səddam Hüseynli isə güya kondisionerli otaq axtarışı ilə onun yalandan özünü xəstəliyə vurduğunu iddia edərək Bahaduru hətta müayinə etməkdən belə imtina etdi. Nəticədə günü-gündən səhhətində ağırlaşmalar yaşayan məhbus ağrılar içində də dünyasını dəyişib.
Bahadurun ölümünə səbəb Səddam Hüseynlinin səhlənkarlıq etməsi şübhəsizdir. Lakin nə o, nə də başqa rəsmi şəxs səhlənkarlığa görə cəzalandırılmadı. Səddam Hüseynli hələ də insanların sağlamlığı üzərindən ticarəti davam etdirir.
2-saylı cəzaçəkmə müəssisəsində olan 26 İran vətəndaşı həkim səhlənkarlığına səbəb olan bu cinayət faktına, eyni halda həbsxananın onları qida ilə təmin etmək öhdəliyi olduğu halda onların qidanı əldə etmək üçün hər gün məcburi işlədilmələrinə etiraz olaraq qidadan imtina ilə aclıq aksiyasına başlayıblar.
Onlar səslərinin əlaqədar təşkilatlara çatmasi diləyi ilə ünvanladıqları bu məktubda Azərbaycan dövlətindən hüquqlarının təmin edilməsini, əks halda isə ekstradisiya olunaraq öz vətənlərinə göndərilməsini xahiş edirlər. Onların digər məhbusların da Bahadur Cahanşahinin acı aqibəti ilə üzləşməmək üçün əlaqədar təşkilatlardan bu məsələ ilə bağlı araşdırma aparılmasını istəyiblər.
Penitensiarda daha bir dəhşət - baxımsızlıqdan həyatını itirən məhbusa görə 26 məhbus yoldaşı aclığa başladı