Pakistan işıqsız qalıb

Bu gün səhər saatlarından etibarən Pakistanda bütün ölkə üzrə işıqlar sönüb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistanın “The News International” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ölkənin mərkəzi elektrik şəbəkəsində yaranmış nasazlığın aradan qaldırılması üçün işlər görülür.