İraqdakı şiə dini mərcəi təqlid Ayətullah Əli Sistani Baş nazir Əli Zeydinin görüş tələbini rədd edib.
Ayətullah Sistaninin qərarı ofisi vasitəsilə Baş nazirin nümayəndəsinə çatdırılıb.
Mənbələr görüş tələbinin rədd edilməsinin milli məsuliyyət daşımaq istəyən dairələrə mühüm mesajlar verdiyini bildirib.
Qeyd olunub ki, Ayətullah Sistani İraqın daxili məsələlərinin və siyasi dosyelərinin xarici yönləndirmələr və ya xarici hesabatlar əsasında deyil, milli həssaslıq, sağlam düşüncə və obyektivlik prinsipləri üzərində həll edilməsinin tərəfdarıdır.
“Şiə-şiə qarşıdurması”na qəti şəkildə qarşı çıxan Ayətullah Sistaninin xarici aktorların və ya ölkələrin təlimatları doğrultusunda hərəkət edilməsini də qəbul etmədiyi vurğulanıb.
Ayətullah Sistaninin bu mövqeyinin İraqın daxili məsələlərini milli iradə və obyektivlik əsasında həll etmək, xarici müdaxilələrdən uzaq durmaq yanaşmasını əks etdirdiyi bildirilib.
Zeydinin tələbi İraqın tələbidir, yoxsa ABŞ-ın?
ABŞ administrasiyasının (xüsusilə Tramp dövrünün sərt xətt siyasətinin) İraq hökumətinə İrana yaxın silahlı qruplaşmaların cilovlanması və onların dövlət büdcəsindən, eləcə də təhlükəsizlik sistemindən kənarlaşdırılması yönündə davamlı tələbləri və sanksiya təhdidləri mövcud olub. Bu baxımdan, tənqidçilər hesab edirlər ki, Baş nazirin müqavimət qruplarını məhdudlaşdırmaq addımı əslində “milli suverenlik” deyil, məhz ABŞ-nin tələblərinə uyğunlaşmaq cəhdidir.
Nəcəf mərcəiyyəti isə tarixən həm ABŞ-nin, həm də digər regional güclərin İraqın daxili işlərinə diktəsinə qarşı çıxıb. Mərcəiyyət baxımından “xarici təsir” dedikdə təkcə bir ölkə deyil, İraqın müstəqil iradəsinə kənardan edilən istənilən siyasi və hərbi basqı nəzərdə tutulur.
Zeydi niyə Ayətullah Sistaninin bu addımını ciddi mesaj nəzərə almalıdır?
İraqdakı şiə əhalinin böyük əksəriyyəti üçün Ayətullah Sistani təkcə dini rəhbər deyil, həm də ölkəni vətəndaş müharibəsindən və parçalanmadan qoruyan sonuncu mənəvi dayaq nöqtəsidir. Bu səbəbdən siyasi liderlər onunla görüşməyi öz hakimiyyətlərinə “xalq və Allah qarşısında legitimlik” qazandırmaq vasitəsi kimi görürlər. Görüşdən imtina isə cəmiyyətdə həmin siyasətçinin etimad limitini itirməsi kimi qəbul olunur.
Ayətullah Sistani təkcə dini lider deyil…
İraq cəmiyyətində korrupsiya qalmaqalları, dövlət vəsaitlərinin mənimsənilməsi və məmurların dəbdəbəli həyat tərzi (“Yaşıl Zona”dakı villalar və zirehli kortejlər) siyasi sinfə olan inamı ciddi şəkildə sarsıdıb. Bunun əksinə olaraq, Ayətullah Sistaninin Nəcəfdəki sadə, təvazökar evdə yaşaması, maddi imtiyazlardan uzaq durması və ailə üzvlərinin dövlət vəzifələrinə müdaxilə etməməsi ona siyasi hakimiyyətlərin əldə edə bilməyəcəyi mənəvi toxunulmazlıq və xalq etimadı qazandırıb.
İŞİD təhlükəsi zamanı…
2014-cü ildə İraq ordusunun bir hissəsi dağıldıqda və İŞİD Bağdadın bir addımlığına çatdıqda, dövləti və müqəddəs məkanları xilas edən əsas amil Ayətullah Sistaninin verdiyi tarixi fətva oldu.
Həmin çağırışa səs verərək silaha sarılan on minlərlə insan və müqavimət qrupları dövlətin varlığını qorudu. İndi isə bu qüvvələrin bir kənara atılması və ya “təhlükə” kimi təqdim edilməsi cəmiyyətin bir hissəsində və həmin qruplarda haqlı olaraq vəfasızlıq və xarici güclərə güzəşt kimi qiymətləndirilir.
Eyni zamanda, Nəcəf mərcəiyyəti dəfələrlə bəyan edib ki, o dövrdə könüllü döyüşənlərin fədakarlığı unudulmamalı, onların hüquqları qorunmalı, lakin bu ad altında siyasi və ya iqtisadi maraqlar güdülməməlidir.
Nəticə etibarilə “şiə-şiə qarşıdurmasına qəti şəkildə qarşı çıxmaq” ifadəsi bu nöqtədə xüsusi əhəmiyyət kəsb edir. Ayətullah Sistaninin mövqeyi belə şərh olunur: əgər hökumət xarici təzyiqlərin (məsələn, ABŞ-nin tələblərinin) təsiri ilə ölkə daxilində silahlı qruplara qarşı güc tətbiqinə gedərsə, bu, İraqda daxili şiə qarşıdurmasına yol aça bilər. Mərcəiyyət isə nə ölkənin xarici diktə ilə idarə olunmasına, nə də daxildə qardaş qanı tökülməsinə siyasi dəstək vermək istəyir.
Ayətullah Sistani İraq baş nazirini niyə qəbul etmədi?