“İslamofobiyaya qarşı qələbə”: ABŞ Senatının ilk müsəlman üzvü Əbdül əl-Seyid bəyanat yayıb

İlkin məlumatlara görə,  Əbdül əl-Seyid (Abdul El-Sayed) Miçiqan ştatından Senata seçkilərdə qalib gəlib və ABŞ parlamentinin yuxarı palatasında (SENAT) ilk müsəlman olacaq. O, İsrailə qarşı açıq şəkildə düşmən mövqeyi tutur, onu “soyqırımda” ittiham edir və ABŞ-dən verilməkdə olan hər bir köməkdən məhrum edilməsini tələb edir. Noyabrın 4-nə keçən gecə baş tutan Konqresə aralıq seçkilərinin yekunları yəhudi dövlətinin əleyhdarlarının mövqelərinin ümumilikdə möhkəmləndiyini göstərir.

Qeyd olunur ki, ixtisasca həkim olan 41 yaşlı Misir mühacirlərinin oğlu Əbdül əl-Seyid, senatorluğa namizədin “Müsəlman Qardaşlar” təşkilatı ilə əlaqələri haqqında səs-küylü qalmaqal fonunda qalib gəlib. O, yarışa autsayder kimi daxil olaraq respublikaçı Mayk Rocersdən 5 faiz bəndi geridə qalsada, önə keçməyi bacarıb.

Əbdül əl-Seyid demək olar ki, bütün seçki kampaniyasını İsrailə qarşı qurub. O, sionizmi irqçiliklə eyniləşdirir, “Dəmir Qübbə” də daxil olmaqla İsrailə hərbi yardımın dayandırılmasını tələb edərək,  pulların “Qəzzada uşaqların öldürülməsinə” deyil, Amerikanın ehtiyaclarına xərclənməli olduğunu açıqlayırdı. Bu da seçicilərin çoxtərəfli dəstəyini demokrat namizədə verməsi üçün kifayət edib.

Yekun nəticələr rəsmən elan olunmasa da, Əbdül əl-Seyid artıq öz qələbəsini bəyan edib. Detroytdakı tədbirdə o vurğulayıb: “Mən çox fəxr edirəm və böyük Miçiqan ştatından seçilmiş senator kimi burada dayanmaq mənim üçün böyük şərəfdir”. O, “islamofobların” səylərinə baxmayaraq seçildiyini qeyd edib.

“Əvvəlcə onlar mənim adıma və inancıma işarə edərək sanki ‘Bilirsiniz, o bir az fərqlidir’ deyirdilər. Bu işə yaramayanda, ‘assosiasiya yolu ilə təqsirləndirmə’ prinsipi ilə məndə təqsirkarlıq hiss yaratmağa çalışdılar. Bu da nəticə vermədikdə, ömrümüzdə gördüyümüz ən iyrənc kampaniyalardan birini başlatdılar”, — deyə o bildirib.